IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews-a istinadla xəbər verir ki, Roma papası Fransisk bu gün ABŞ-ın səfirliyini Qüdsə köçürməsi qərarından narahatlığını ifadə edərək Qüdsdə status-kvonun saxlanmasına çağırış edib.
Xatırladaq ki, bu gün ABŞ Fələstinin işğal altında olan Qüds şəhərini işğalçı İsrail rejiminin paytaxtı kimi tanıyacağını bəyan edib.