IQNA

Ayətullah Üzma Xamenei:

Qüdsün işğalçı rejimin paytaxtı elan edilməsi onların acizliyinin göstəricisidir

23:06 - December 06, 2017
Xəbər sayı: 3482479
Bu gün hökumət nümayəndələri, 31-cı İslami Vəhdət Konfransında iştirak edən xarici qonaqlar, ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələri təmsilçiləri Ali Rəhbər Ayətullah Xamenei ilə görüşüb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Rəhbər Ayətullah Xamenei sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və o həzrətin əziz balası İmam Sadiqin (ə) mübarək mövlud günü münasibətilə – bu gün  hökumət nümayəndələri, 31-cı İslami Vəhdət Konfransında iştirak edən xarici qonaqlar, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin təmsilçiləri ilə görüşüb. 
 
Maide.Az “Leader.ir” saytına istinadən  xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei tədbir iştirakçılarını, İslam ümmətini və dünyanın bütün azadlıqsevərlərini əziz İslam Peyğəmbəri (s) və İmam Sadiqin  (ə) mövlud günü münasibətilə təbrik edib və  bildirib ki,  İslam dünyası əgər izzət və güc istəyirsə,  vəhdət və müqaviməti özü üçün proritet qərar verməlidir. “Əziz İslam Peyğəmbəri (s) bütün bəşəriyyət üçün rəhmət idi və ona itaət etmək xalqları zülmdən, hegemon güclərdən, aristokratların zülmündən və digər əziyyətlərdən nicat verir.”
 
Qüdsün paytaxt elan edilməsi onların acizliyinin göstəricisidir
 
Ayətullah Xamenei  ABŞ prezidenti Donald Trampın Qüdsü  işğalçı rejimin paytaxtı elan etməsinə dair yayılan xəbərlərə münasibət bildirib və deyib:  “Qüdsü  işğal olunmuş Fələstinin paytaxtı elan etmək  onların  acizliyinin və gücsüzlüyünün göstəricisidir.  Fələstin məsələsində  onların əli bağlıdır və öz məqsədlərinə çata bilmir”. 
 
Ayətullah Xamenei deyib ki, qələbə  İslam Ümmətilədir,  Fələstin işğaldan azad olunacaq və Fələstin xalqı  qələbə qazanacaq. 
 

Bölgədə müharibəni alovlandırmaq istəyirlər

Ayətullah Xamenei çıxışının davamında bildirib ki,  bu gün İslami ümmətinin və Peyğəmbərin yolunun qarşısında sıraya düzülən şəxslər və düşmənlər: ABŞ, dünya hegemonları,  sionist rejim, İslam ümmətinin arasındakı mürtəcelər və şəhvətpərəstlər; hamısı sıraya düzülüb. “Bu günün fironu ABŞ, sionist rejim və onların regiondakı ardıcıllarıdır ki, bölgədə müharibəni alovlandırmaq istəyirlər.Bu ABŞ-ın planıdır. ABŞ rəsmiləri özləri etiraf edib ki, regionda müharibəni alovlondurmalıyıq. Ona görə ki,  sionist rejimin təhlükəsizliyi təmin olunsun.  Təssüflər olsun ki, bu gün regionda bəzi hökmdarlar və elitalar var ki, ABŞ-ın sazı ilə oynayır. ABŞ İslam əleyhinə hər nə istəsə yerinə yetirir”.

Ayətullah Xamenei qeyd edib ki, bizim müsəlman xalqlarla heç bir ixtilafımız yoxdur.  “Biz vəhdət tərəfdarıyıq. Lakin  bizim vəhdət istəyimizin qarşısında bəziləri var ki, müharibə tərəfdarıdır və siyasətlərini müharibə yaratmaq təşkil edir.  Biz onlara nəsihət veririk; Bizim dilimiz nəsihət və öyüd dilidir.  Bizim tərzimiz nəsihət verməkdir.  Regionun bəzi ölkələrinin gördüyü işlərin sonu necəki Quranda da bildirilir özlərinin məhvidir.”

Məzhəb müharibəsi baş verməyəcək

Ayətullah Xamenei  bildirib ki, İslam ümmətinin düşmənləri  xam xəyallara dalaraq regionda bu  gərginlikləri yaradıb ki, məzhəb müharibəsi yaratsın. “Lakin Allah onların ağzına vurdu və məzhəb müharibəsi baş vermədi və baş verməyəcək. Biz düşməni razısalanlar qarşısında müqavimət göstərdik, Allaha şükürlər olsun ki, qələbə qazandıq. İŞİD heç məzhəb müharibəsidə aparmırdı, onların sünnilərdən öldürdüklərinin sayı, şiələrdən daha çox idi. Bizim onlara qarşı mübarizəmiz, zülmə qarşı  mübarizə idi.  İnsanları odda yandıran, dərilərini soyan, siyasi, cinsi pozğunluqlar həyata keçirənlərlə mübarizə idi.

 
 
Teqlər: iqna ، rəhbər ، vəhdət ، fələstin
captcha