IQNA

İsrail rejiminin həbsxanalarında ən azı 213 fələstinli əsir şəhid olub

22:11 - February 23, 2018
Xəbər sayı: 3482820
Fələstinli Əsirlər Təşkilatının feralın 22-si yaydığı hesabata əsasən, 1967-ci ildən etibarən İsrail rejiminin həbsxanalarında ən azı 213 fələstinli əsir şəhid edilib.

İsrail rejiminin həbsxanalarında ən azı 213 fələstinli əsir şəhid olubİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinli Əsirlər Təşkilatının feralın 22-si yaydığı hesabata əsasən, 1967-ci ildən etibarən İsrail rejiminin həbsxanalarında ən azı 213 fələstinli əsir şəhid edilib.

Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, hesabata görə, əsirlərdən 75 nəfər qəsdən öldürülüb, 71 nəfər güllələnərək, 59 nəfər xəstəliklərinin müalicə edilməməsi və 72 nəfər işgəncə nəticəsində şəhid edilib.
 
Bu arada, Fələstin İnsan Haqları Mərkəzi, Qəzzanın cənubundakı Rifah şəhərinin şərqində işğalçı qüvvələrin fələstinli uşaqlara qarşı odlu silahdan istifadə etməsini və hücumda iki uşağın şəhid olması və ikisinin də yaralanmasını qınayıb.
Teqlər: iqna ، fələstin ، israil
captcha