IQNA

Mavritaniyanın milli müshəfi ikinci dəfə çap və nəşr edildi

0:14 - February 24, 2018
Xəbər sayı: 3482823
Mavritaniyanın İslami İşlər və Təhsil Nazirliyi bu ölkənin “Vərşin Nafedən rəvayəti” əsasında qiraəti ilə yazılmış milli müshəfinin ikinci dəfə çap və nəşr ediləcəyini xəbər verdi.

Mavritaniyanın milli müshəfi ikinci dəfə çap və nəşr edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “alkhabar.info” informasiya portalına istinadla verdiyi xəbərə görə, Mavritaniyanın İslami İşlər və Təhsil Nazirliyi bu ölkənin “Vərşin Nafedən rəvayəti” əsasında qiraəti ilə yazılmış Qurani-Kərimin “milli müshəf” adlandırdıqları nüsxəsinin ikinci dəfə çap və nəşr ediləcəyini xəbər verdi.

Mavritaniyanın “milli müshəf”inin ilk çapı 2011-ci ildə bu ölkənin prezidenti Məhəmməd Vələd Əbdüləzizin göstərirşi ilə çap və nəşr edilmişdi.

Bu ölkədə yayılmış qiraət növü “Vərşin Nafedən rəvayəti əsasında qiraət” olduğu üçün Mavritaniyanın milli müshəfi də həmin qiraət əsasında yazılmışdır.

Mavritaniyanın prezidenti 2012-ci ildə bu ölkənin Quranın nəşrinə nəzarət komitəsi ilə birgə qatıldığı iftar mərasimində milli müshəfin nüsxələrini camaata payladı.

Mavritaniyanın İslami İşlər və Təməl Təhsil Nazirliyi bu barədə elan edib ki, bu müshəf milli təcrübəyə əsaslanaraq və dövlətin dəstəyi ilə İslami layihələrin icrası və genişləndirilməsi istiqamətində çap və nəşr edilmişdir.

http://iqna.ir/fa/news/3693833

Mavritaniyanın milli müshəfi ikinci dəfə çap və nəşr edildi

captcha