IQNA

Mavritaniya iclasında radikalizm əleyhinə saytların təsis edilməsi qərara alındı

8:07 - February 24, 2018
Xəbər sayı: 3482826
Mavritaniyada keçirilən “İslam ümməti radikalizm probelmlərinin kölgəsində” adlı toplantıda iştirak edənlər bu məsələ ilə mübarizə üçün saytların təsis edilməsinin zəruri olduğunu vurğuladılar.

Mavritaniya iclasında radikalizm əleyhinə saytların təsis edilməsi qərara alındıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mavritaniyada keçirilən “İslam ümmətinin həqiqəti radikalizm və “ğülüvv” probelmlərinin kölgəsində” adlı beynəlxalq toplantıda iştirak edənlər bu məsələ ilə mübarizə üçün internet saytlarının təsis edilməsinin zəruri olduğunu vurğuladılar.

“İslam ümmətinin həqiqəti radikalizm və “ğülüvv” probelmlərinin kölgəsində” adlı beynəlxalq toplantı cari həftənin 3-cü və 4-cü günləri, 21 və 22 Fevral 2018-ci il, Mavritaniyanın paytaxtı Novakşut şəhərində keçirilmişdir.

İslami məfhumların və İlahi təlimlərin doğru təbliğ edilməsi, cavanların doğru dini üsullar əsasında təbriyə edilməsinin üzərində mərkəzləşmək, Cihad hökmləri barəsində doğru və səhih nəzərləri bəyan etmək üçün dini mərkəzlərin və müəssisələrin ustad və alimlərini dəvət etmək, zorakılıq və təəssübkeşliyin hər növü ilə mübarizə və radikalizmlə mübarizə üçün saytların təsis edilməsi bu iclasda qərara alınan məsələlər idi.

Əhməd Vələd Əhli-Davud (Mavritaniyanın İslami İşlər və Təhsil Naziri) bu barədə dedi: Bu iclasda iştirak edənlər Qurani-Kərimin yanlış təvili və təfsiri və dini terminlərin yanlış izahının və həmçinin korkoranə və təəssübkeşliklə xütbə oxumağın pərdə arxasında olan macəraları açıqlayaraq elan etdilər ki, radikal şeyxlər tərəfindən oxunan xütbələr İslam dininin mehriban ruhuna yaddır və ziddir. İslam dini bütün zorakılığı, radikalizmi və zülmü rədd edir.

Qeyd edək ki, müxtəlif Ərəb və İslam ölkələrinin alim, fəqih, dini müəssisə və mədrəsələrinin bir qrup müəlliminin iştirak etdiyi bu iki günlük konfrans “İslam ümmətinin həqiqəti radikalizm və “ğülüvv” probelmlərinin kölgəsində” ilə Mavritaniyanın paytaxtında keçirilmişdir.

http://iqna.ir/fa/news/3693867

Teqlər: iqna ، mavritaniya ، radikalizm ، terrorizm ، cihad
captcha