IQNA

Myanma dövləti Ruhingiyanın 28 kəndini məhv etdi

0:28 - February 26, 2018
Xəbər sayı: 3482832
Peykdən çəkilən şəkillər göstərir ki, Myanma dövləti bu ölkənin Raxin əyalətinin Ruhingiya müsəlmanlarına aid olan 28 kəndini buldozerlə hamarlayaraq məhv edib.

Myanma dövləti Ruhingiyanın 28 kəndini məhv etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, peykdən çəkilən şəkillər göstərir ki, Myanma dövləti keçən ilin Dekabr ayından cari ilin Fevral ayınadək bu ölkənin Raxin əyalətinin Ruhingiya müsəlmanlarına aid olan ən azı 28 kəndinin sakinlərini tam boşaldaraq bu kəndləri buldozerlə hamarlayaraq məhv edib.

İnsan Hüquqalarına Nəzarət Təşkilatının Myanma işlər üzrə məsulu deyib ki, Myanma dövləti bu addımı öz cinayətlərinin üstünü örtmək və cinayət izlərini itirmək üçün atıb.

Bu təşkilat keçən ilin Sentyabr ayında da peykdən çəkilmiş fotolar əsasında Ruhingiyada 450 yaşayış mənzilinin dağıldığını göstərmişdi.

Qeyd edək ki, Myanma silahlı qüvvələri keçən ilin yay aylarından Raxinə hücumları başladı. Bu hücumlarda minlərlə sivil vətəndaş öldürüldü və 300-dən çox kənd yerlə yeksan edildi və yandırıldı.

Myanmanın silahlı qüvvələrinin və buddistlərinin zülmündən Bandqladeşə qaçan müsəlmanların sayı 826 min nəfəri keçmişdir.  

Sərhədsiz Həkimlər Təşkilatının verdiyi hesabata görə, təkcə keçən ilin Avqust ayının 25-dən Sentyabr ayının 24-dək Raxin əyalətində ən azı 9 min nəfər müsəlman qətliam edilmişdir.

1970-ci ildən üzü bəri Myanma dövlətinin və buddistlərin zülmünə məruaz qalan 2 milyonluq ruhingiyalı müsəlmanların 84 faizi qaçqın düşmüş və qonşu ölkələrə sığınmışlar.   

http://iqna.ir/fa/news/3694172

Teqlər: iqna ، myanma ، raxin ، ruhingiya
captcha