IQNA

“Gorgiaspress” nəşriyyatı elan etdi;

İslam dünyasının 2018-ci il beynəlxalq klassik kitab mükafatı

1:07 - February 26, 2018
Xəbər sayı: 3482833
“New Jersey”nin “Gorgiaspress” nəşriyyatı tədqiqatçılarının qərarına görə, “İslam dünyası beynəlxalq klassik kitab mükafatı” İslam dünyası barədə akademik araşdırmalara üç xüsusi mükafat verəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “iric.org” informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın “New Jersey” əyalətinin “Gorgiaspress” nəşriyyatının tədqiqatçılarının qərarına əsasən, “İslam dünyasının beynəlxalq klassik kitab mükafatı” (CIW) İslam dünyası barədə akademik araşdırmalar üçün üç özəl mükafat nəzərdə tutmuşdur.

Amerikanın “New Jersey” əyalətinin “Gorgiaspress” nəşriyyatı bütün İslam dünyasında indiyədək doktorantura və daha yüksək elmi pillələrdə yazılmış, müdafiə olunmuş, amma indiyədək çap edilməmiş elmi işləri çap üçün himayə etmək istədiyini elan edib.

Bu layihə “İslam dünyasının 2018-ci il beynəlxalq klassik kitab mükafatı” proqramı çərçivəsində həyata keçiriləcəkdir. Layihədə iştirak etmək istəyənlər öz elmi işlərini cari ilin Mart ayının 12-dək nəşriyyatının ünvanına göndərə bilərlər. Bu mükafatı qazananların adları cari ilin Sentyabr ayında elan ediləcəkdir.

Mükafatın qaliblərinə xatirə lövhəsi, elmi işin çapı üçün müqavilə və 500 dollar nağd pul veriləcəkdir.

İslam dünyası beynəlxalq klassik kitab mükafatı “Gorgiaspress” nəşriyyatının İslam dünyası və Yaxın Şərq barədə yazılan kitabların çapı və tədqiqat əsərlərinin himayəsi üçün hər il həyata keçirdiyi proqramdır.

Daha çox məlumat əldə etmək istəyənlər qarşıdakı linkə keçə bilərlər:

https://www.gorgiaspress.com/classical-islamic-world-book-prize

  

http://iqna.ir/fa/news/3694061

  

captcha