IQNA

Seneqalda İƏT-nın 11-ci ilcası keçirilir

11:19 - May 14, 2018
Xəbər sayı: 3483165
İslami Əməkdaşlıq Təşkilatının "daimi mədəniyyət və informasiya komitəsi"nin 11-ci iclası bu gün, həftənin birinci günü, 14 May 2017-ci il, Seneqalın paytaxtı Dakarda öz işinə başladı.

Seneqalda İƏT-nın 11-ci ilcası keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami Əməkdaşlıq Təşkilatının "daimi mədəniyyət və informasiya komitəsi"nin (COMİAC) 11-ci iclası bu gün, həftənin birinci günü, 14 May 2017-ci il, Seneqalın paytaxtı Dakarda öz işinə başladı.

İran İslam Respublikasının Seneqalın paytaxtı Dakardakı Mədəniyyət İşləri İdarəsinin verdiyi məlumata əsasən, İranın da nümayəndəsinin iştirak etdiyi bu iclas bu gün başlayıb və May ayının on beşində də davam edəcəkdir.

Bu iclasda İran İslam Respublikasını İslami irşad və mədəniyyət nazirinin nümayəndəsi və İslami əlaqələr və mədəniyyət təşkilatının elm və mədəniyyət işləri üzrə müavini Seyid Məhəmməd Haşimi təmsil edir.

İclas "Tərbiyə və mədəniyyət millətlərin yaxınlaşması, sülh və inkişafın əsas komponentləri kimi" (Education et Culture comme vecteurs de paix, de développement et de rapprochement des peoples) ünvanı ilə keçirilir.

Konfransın ilk günü İslami ölkələrin tərbiyə və mədəniyyət üzrə mütəxəssislərinin danışıqları ilə başlayacaq və ikinci günü isə İslami ölkələrin ali rütbəli mədəniyyət nümayəndələrinin çıxışları ilə davam edəcəkdir.

Qeyd edək ki, İslami Əməkdaşlıq Təşkilatının "daimi mədəniyyət və informasiya komitəsi"nin (COMİAC) qərargahı Seneqalın Dakar şəhərində yerləşir. Və iclasın açılış mərasimi həmişə Seneqalın prezidentinin iştirakı ilə Dakarın "King Fəhəd" hotelində keçirilir.   

http://iqna.ir/fa/news/3714177

Teqlər: iqna ، mədəniyyət ، iət ، seneqal ، dakar
captcha