IQNA

Fələstin dövləti Amerika səfirliyinin Qüdsə köçürülməsinin məhkum edilməsini istədi

11:37 - May 14, 2018
Xəbər sayı: 3483166
Fələstin hakimiyyəti İslam və dünya ölkələrindən Amerika prezidenti Donald Trampın bu ölkənin səfirliyini Qüdsə köçürməsini məhkum etmələrini istədi.

Fələstin dövləti Amerika səfirliyinin Qüdsə köçürülməsinin məhkum edilməsini istədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstin hakimiyyəti İslam və dünya ölkələrindən Amerika prezidenti Donald Trampın bu ölkənin səfirliyini Qüdsə köçürməsini məhkum etmələrini istədi.

Həmçinin Fələstini dövləti bu bəyaniyyədə İslami ölkələrdən istəyib ki, şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı olaraq rəsmi tanısınlar.

Yusif Məhəmməd (Fələstin dövlətinin rəsmi sözçüsü) dünən, keçən həftənin bazar günü, 13 May 2018-ci il, dünya dövlətlərində beynəlxalq səviyyədə Amerikanın öz səfirliyini Tel-Avivdən Qüdsə köçürməyini məhkum etmələrini istəyərək əlavə etdi: Dünyanın azadlıq, sülh, təhlükəsizliyə inanan və beynəlxalq qanunlara hörmət edən dölvətlərindən istəyirik ki, Amerikanın beynəlxalq qanunları ayaq altına almasının qarşısında dayansınlar və Qüdsü rəsmi olaraq Fələstinin paytaxtı elan etsinlər.  

Fələstin dövlətinin rəsmi sözçüsü vurğulayıb: İnsan haqlarına vəfadarlıq və beynəlxalq qanunların qorunması tələb edir ki, beynəlxaql cəmiyyət regionda sülh, təhlükəsizlik və sabitliyin qorunması, zoraklıq və müharibənin qarşısının alınması üçün bu cür addımların önündə dayansın.

http://iqna.ir/fa/news/3714186

Teqlər: iqna ، qüds ، tramp ، abş ، səfirlik
captcha