IQNA

Oruc tutmağın heyrətamiz faydaları - Tibbi sübutlar

1:04 - May 18, 2018
Xəbər sayı: 3483184
Milyonlarla müsəlmanın aclıq və nəfslə imtahan olunduğu müqəddəs Ramazan ayı başladı. Bəs bu ayın fəziləti və orcu tutmağın insan üçün faydaları nələrdir?

Oruc tutmağın heyrətamiz faydaları - Tibbi sübutlarİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Milyonlarla müsəlmanın aclıq və nəfslə imtahan olunduğu müqəddəs Ramazan ayı başladı. Bəs bu ayın fəziləti və orcu tutmağın insan üçün faydaları nələrdir?

İQNA "maide.az" informasiya portalına istinadən xəbər verir ki, insan bədəni oruc tutulduğunu son yeməkdən 8 saat sonra “anlayır”.
 
Bağırsaqlar mədədəki bütün qidaları həzm etdikdən sonra, enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlükoza, onun ardınca isə yağlara yönəlir. Yağların əriməsi isə xolesterin səviyyəsinin normallaşmasına, artıq çəkinin və şəkərli diabet riskinin azalmasına səbəb olar.
 
Qeyd etmək lazımdır ki, imsak və iftar vaxtları arasında maye qəbulu də olmadığı üçün bədəndə tərləmə artır, maye itkisi çoxalır. Buna görə də, ilk 1 həftədə iftardan sonra və imsak vaxtı karbonhidratların və bəzi yağların lazımi miqdarda qəbulu vacibdir. Protein, duz və su kimi vacib qidalar mütləq qəbul edilməlidir.
 
Növbəti 1 həftədə bədən artıq oruc tutmağa tam uyğunlaşır. 16-30-cu günlər aralığında isə yoğun bağırsaq, böyrək və dəri zəhərli toksinlərdə xilas olur. Bu aralıqda orqanlar maksimum fəaliyyətini bərpa edir. Yaddaş və konsetrasiya güclənir, enerji artır.
Teqlər: oruc ، ramazan ، iqna ، orucun faydası ، xurma
captcha