IQNA

İsveçdə cavanlar üçün iftar süfrəsi açılacaq

10:51 - May 19, 2018
Xəbər sayı: 3483189
İsveçin paytaxtı Stokholm şəhərinin İmam Əli (ə) İslam Mərkəzi tərəfindən oruc tutan cavanlar üçün xüsusi iftar süfrəsi açılacaqdır.

İsveçdə cavanlar üçün iftar süfrəsi açılacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin paytaxtı Stokholm şəhərinin İmam Əli (ə) İslam Mərkəzi tərəfindən oruc tutan cavanlar üçün xüsusi iftar süfrəsi açılacaqdır.

Bu mərkəzin informasiya şöbəsinin verdiyi elana görə, iftar süfrəsi mərasimi Ramazan ayının ilk şənbəsində, bu gün, 19 May 2018-ci il, 15- 20 yaş arası cavanlar və yeniyetmələr üçün təşkil ediləcəkdir.

İftat süfrəsi mərasimi Məğrib və İşa namazlarının qılınması ilə başlayacaq. İftar süfrəsindən sonra İslam Mərkəzinin məsulları ilə cavanların səmimi görüşləri olacaqdır.

Cavanlar bu görüşdə yaşadıqları cəmiyyətlə əlaqəli və həmçinin özlərinin ictimai və dini problemləri barədə İslam Mərkəzinin məsullarından yazılı və şifahi şəkildə sullar soruşa və təkliflərini irəsli sürə biləcəklər.

http://iqna.ir/fa/news/3715579

 

 

captcha