IQNA

Dünyanın ən böyük taxta Quran nüsxəsi - Foto

13:18 - August 10, 2018
Xəbər sayı: 3483632
İndoneziyanın Palembanq şəhərinin “Əl-Əkbər” muzeyində nadir Quran nüsxəsi nümayiş etdirilir. Surələr hündürlüyü 1,77 metr, eni isə 1,4 metr olan bu nüsxə 30 ədəd taxta lövhənin üzərində yazılıb.

Dünyanın ən böyük taxta Quran nüsxəsi - FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın Palembanq şəhərinin “Əl-Əkbər” muzeyində nadir Quran nüsxəsi nümayiş etdirilir.

Müqəddəs Kitab taxtadan hazırlanıb. Surələr hündürlüyü 1,77 metr, eni isə 1,4 metr olan 30 ədəd lövhənin üzərində yazılıb.
Xəttat Şofvatilla Muhsaib bildirib ki, bu işə 2001-ci ildə başlayıb və 9 ilə onu tamamlayıb: “Əvvəlcə kağız üzərində məşq edirdim, ayələri kartondan kəsib hazırlayırdım. Mütəxəssislərin müsbət rəylərindən sonra isə artıq ayələri taxta üzərində oymağa başladım”.
2012-ci ildən indiyədək muzeydə Quranı 1 milyon insan ziyarət edib. Taxtadan hazırlanmış bu Quran nüsxəsinə əsasən İran, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Malayziya, Sinqapur, ABŞ və Kanada kimi bir çox ölkədən ziyarətçilərin marağını özünə cəlb edir. 
گزارش آناتولی درباره بزرگترین قرآن چوبی جهان در اندونزی
 
گزارش آناتولی درباره بزرگترین قرآن چوبی جهان در اندونزی
 
گزارش آناتولی درباره بزرگترین قرآن چوبی جهان در اندونزی
captcha