IQNA

Həcc ziyarətində uşaqlara baxmaq üçün xidmət istifadəyə verildi

1:17 - August 11, 2018
Xəbər sayı: 3483635
Səudiyyə Ərəbistanının Həcc Məsələləri Nazirliyi ilk dəfə olaraq Məkkə və Mədinədə zəvvarların azyaşlı uşaqlarına qulluq edilməsi üçün xidmət istifadəyə verib.

Həcc ziyarətində uşaqlara baxmaq üçün xidmət istifadəyə verildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Həcc Məsələləri Nazirliyi ilk dəfə olaraq Məkkə və Mədinədə zəvvarların azyaşlı uşaqlarına qulluq edilməsi üçün xidmət istifadəyə verib.

 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, uşaqlar üçün təhlükəsiz təhsil və əyləncə mühitinin yaradılması, habelə onların həcc günlərində böyük insan axınından qorunması məqsədilə azyaşlılar uşağa qulluq üzrə ixtisaslaşmış personalın nəzarəti altında olacaqlar.
 
Qeyd olunur ki, bu il ziyarət mövsümündə uşaqları Hicri təqvimi ilə zilhiccə ayının 7-dən 13-dək qəbul edəcəklər. Uşaq otaqları və bağçalarında işləyən tərbiyəçilər balacalarla beş dildə - ərəbcə, ingiliscə, fransızca, malayca və türkcə ünsiyyət quracaqlar.
Teqlər: iqna ، həcc ، məkkə
captcha