IQNA

Tbilisidə “İslamda ailə və övlad tərbiyəsi” mövzusunda elmi konfrans keçirilib - FOTO

1:17 - August 14, 2018
Xəbər sayı: 3483656
Tbilisidə Həzrət İmam Əli (ə) və Fatimeyi Zəhranın (s.ə) evlilik ildönümünə həsr olunmuş “İslamda ailə və övlad tərbiyəsi” mövzusunda növbəti elmi konfransın keçirilib.

Tbilisidə “İslamda ailə və övlad tərbiyəsi” mövzusunda elmi konfrans keçirilib - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tbilisidə Həzrət İmam Əli (ə) və Fatimeyi Zəhranın (s.ə) evlilik ildönümünə həsr olunmuş “İslamda ailə və övlad tərbiyəsi” mövzusunda növbəti elmi konfransın keçirilib. 

Maide.Az xəbər verir ki,  bu gün  “Alul-beyt” Mədəniyyət Mərkəzinin konfrans zalında keçirilən tədbirdə  əsasən “Övlad tərbiyəsi” mövzusu haqqında müzakirələr aparılıb.
 
Konfransda məktəb müəllimələri, din, elm və ictimaiyyət xadimələri və tələbələr iştirak edib. 
 
Əsasən xanımların iştirakı ilə keçirilən konfransın aparcısı Gürcüstan Müsəlman Qadınıar İcmasının üzvü (GMQİ) Gülsəfa Şahverdiyeva toplantını açıq elan edərək Qurani-Kərimin tilavəti üçün sözü Şahnaz Həsənova verib.
 
Sonra Gürcüstan Müsəlman Qadınları İcmasının sədri Gülşə Nemətova “Sağlam və saleh övlad” kitabının yazarı Məsumə Şahmərdanlı, Qadınıar İcmasının üzvləri Elnurə Heydərova, Fatimə Süleymanova və başqaları çıxış ediblər.
 
Çıxış edən xanımlar İslamda övlad tərbiyəsi, Qadının sağlam ailənin formalaşmasında rolu, Sağlam və saleh övlad tərbiyəsində mühüm amillər və s. haqqında geniş və faydalı məlumatlar veriblər.
 
Konfrans sonrası iştirakçılar şirniyyat süfrəsinə dəvət edilərək müzakirəni orada davam ediblər. Onlara Ailə mövzusunda yeni çap olunmuş “Sağlam və saleh övlad” kitabı hədiyyə edilib.
 
 
 
 
 
 
 
captcha