IQNA

Vəhabi şeyxləri şahlarının qəzəbinə tuş gəliblər

8:26 - August 15, 2018
Xəbər sayı: 3483669
Sosial şəbəkə istifadəçiləri Səudiyyə Ərəbistanın məşhur vəhabi şeyxlərindən biri və din təbliğatçısı olan Şeyx Süleyman Düvəyşin işgəncələr altında öldüyünü yazıblar.

Vəhabi şeyxləri şahlarının qəzəbinə tuş gəliblərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sosial şəbəkə istifadəçiləri Səudiyyə Ərəbistanın məşhur vəhabi şeyxlərindən biri və din təbliğatçısı olan Şeyx Süleyman Düvəyşin işgəncələr altında öldüyünü yazıblar.

Sosial şəbəkə aktivistlərinin "Azad Söz Məhbusları" səhifəsinin yazdığına görə, Səudiyyə Ərəbistanın məşhur vəhabi şeyxlərindən biri və din təbliğatçısı olan Şeyx Süleyman Düvəyş 2016-cı ilin Aprel ayında həbs edilmişdi və məcburi həbs vəziyyətində saxlanılırdı.

Səudiyyə Ərəbistanın hüquqi vəziyyətini izləyən və gündəmdə saxlayan "Azad Söz Məhbusları" səhifəsi bu vəhabi şeyxinin ölümünün təfərrüatı və ölümünün səbəbləri barədə geniş açıqlama verməyiblər. Amma onun işgəncə altında öldüyü məsələsini qabardıblar.

Səudiyyə Ərəbistanı keçmişdə daha çox siyasi, hüquqi, media fəallarını və şiə məzhəbindən olan tanınmış şəxsiyyətləri terror və həbs edirdisə, hazırda həm də özünün bəslədiyi vəhabi şeyxlərini də bu sıraya qatıb. Ərəbistanın Ali-Səud rejiminə xoş gəlməyən məsələ isə bəzi vəhabi şeyxlərinin siyasi məsələlərə dəxalət etməsi və hakim rejimə canıyananlıq üzündə tövsiylər verməsidir.

Səudiyyə Ərəbistanı son ildə bir neçə vəhabi şeyxini həbs etdirib ki, onlardan sonuncusu Mədinə şəhərinin Qurani-Kərim universitetinin keçmiş rəisi Əhməd Mari və onun oğludur.        

http://iqna.ir/fa/news/3738560

captcha