IQNA

Əfqanıstanda hər ay 180 nəfər minanın qurbanı olur

8:02 - October 12, 2018
Xəbər sayı: 3484038
Əfqanıstanda minalar və müharibə səbəbindən əlil olmuş insanların sayı 1 milyon nəfərdən çoxdur. Bu ölkədə orta hesabla hər ay ən azı 180 nəfər insan mina partlamasının qurbanına çevirilir.

Əfqanıstanda hər ay 180 nəfər minanın qurbanı olurİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanda  minalar və müharibənin digər partlamamış qalıqları (MPQ) hər ay 180 nəfərə yaxın insanın ölümünə və yaralanmasına səbəb olur.

Maide.Az  “AA”-a istinadla xəbər verir ki, bunu Əfqanıstan  Minalardan Təmizlənməsi Koordinasiya Mərkəzinin başçısı Məhəmməd Şahab Həkimi deyib. 
 
Onun sözlərinə görə, münaqişə və döyüşlərdən atılıb qalmış, uzun illər təhlükə yaradan MPQ və minaların qurbanları əsasən uşaqlardır. 
 
Əfqanıstan MPQ və mina təhlükəsi olan ölkələr arasında 4-cü yerdədir. 
 
M. Şahab Həkimi deyib ki, indiyədək 2 min 500 m2 ərazi təmizlənib. “Son 30 ildə  ölkənin müxtəlif bölgələrində 19 milyon mina və partlamamış  bomba  zərərsizləşdirilib.”
 
O deyib ki, Əfqanıstanda minalar və müharibə səbəbindən əlil olmuş insanların sayı 1 milyon nəfərdən çoxdur. 
Teqlər: iqna ، Əfqanistan ، mina
captcha