IQNA

Kommunist partiyası: Müsəlmanları çinliləşdirmə prosesi davam etməlidir

9:16 - October 15, 2018
Xəbər sayı: 3484060
Çin rəsmilərindən biri "Sincan" əyalətində İslami radikalizm və ekstremizmin çoxalması barədə danışaraq deyib: Bu regiondakı müsəlmanların "çinliləşdirilmə"si prosesinin davam etdirilməsi zəruridir.

Kommunist partiyası: Müsəlmanları çinliləşdirmə prosesi davam etməlidirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin dövlətinin hakim Kommunist partiyasının yüksək vəzifəli rəsmilərindən biri "Sincan" əyalətində İslami radikalizm və ekstremizmin çoxalması barədə xəbərdarlıq edərək deyib: Bu regiondakı müsəlmanların "çinliləşdirilmə"si prosesinin davam etdirilməsi zəruridir.

Çin dövlətinin hakim Kommunist partiyasının yüksək vəzifəli rəsmisi və dini və milli işlərə nəzarət edən "Birləşmiş İş Cəbhəsi" təşkilatının rəisi You Quan əlavə edib: Sincan əyalətində müsəlmanlar mədəni və ictimai baxımdan çinlilər ilə eyniləşdirilməlidir ki, ölkədə əhalinin milli və dini uyğunluq faizi çoxalsın.

Sincan əyalətində səfərdə olan You Quan deyib: Kommunist partiyası dini işlərin kontrolu və nəzarətini tam şəkildə əlində saxlamalı və radikalizmin çoxalmasının qarşısını almalıdır.

Qeyd edək ki, Pekənin "çiniləşdirmə" termini Han irqindən olmayan tayfaların dil, din, məişət, incəsənət, geyim, adətlər və mədəniyyət baxımından Han tayfası ilə uyğunlaşdırılması anlamını verir.

Bunun üçün Çində xüsusi düşərgələr yaradılmışdır. Çin dövləti bunu əvvəlcə inkar etsə də, bu həftə Sincanın dövlət rəsmiləri bu məsələni aşkar şəkildə elan ediblər.

http://iqna.ir/fa/news/3755655  

Teqlər: çin ، kommunist ، uğyur ، sincan
captcha