IQNA

Kvebekdə müsəlmanlara qarşı ayrıseçkilik davam edir

9:49 - October 17, 2018
Xəbər sayı: 3484075
Kanadanın Kvebek əyalətində müsəlmanlara qarşı ayrıseçkilik siyasəti və dini simvollara qarşı təhdidlər davam edir.

Kvebekdə müsəlmanlara qarşı ayrıseçkilik davam edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Kvebek əyalətində müsəlmanlara qarşı ayrıseçkilik siyasəti və dini simvollara qarşı təhdidlər davam edir.

Kvebekin Gələcəyi Koalisiyasının (Coalitinon Avenir Quebec) seçkilərdə gözlənilməz qələbəsindən sonra bu əyalətin baş naziri "Francois Lego" mətbuat konfransında deyib ki, hökumət vəzifələrində işləyənlərin dini simvolları daşımasının qadağan edilməsi barədə layihəsini icra etmək fikrindədir.

Lego əlavə edib ki, müəllimlər, hakimlər, polis nəfərləri barədə bu layihənin icrası insanların mədəni hüquqlarının və azadlıqlarının pozulmasının qarşısını alacaqdır. Buna görə də əhalinin əksəriyyəti də bu layihənin icrasına razıdırlar.

Qeyd edək ki, keçən on ildə bu əyalətin siyasətçiləri çalışıblar ki, müxtəlif bəhanələr ilə müsəlmanlar üçün müəyyən məhdudiyyətlər və qadağalar yaratsınlar. Onların bu addımları həmişə müxtəlif təşkilatların o cümlədən Kanada Müsəlmanlarının Milli Şurası, Müsəlman Qadınlar Şurası və Mədəni Azadlıqlar Şurası tərəfindən etirazla qarşılanmışdır.

"Charter of Rights and Freedoms" (hüquqlar və azadlıqlar şurası) təkcə dini azlıqlara məhdiyyət yaratmaq hədəfi ilə çıxarılmış bu qanunun indiyədək icrasının qarşısını ala bilmişdir.

Əlbəttə din simvolları məhdud edən bu qanun layihəsində istisnalar da vardır. Məsələn Katoliklərin dini simvolları bu qanundan istisnadır, çünki bu simvollar dini fenomen deyil, "mədəniyyət" və "tarix"i əks etdirən simvollardır.   

http://iqna.ir/fa/news/3756383  

Teqlər: iqna ، kanada ، kvebek ، dini simvollar
captcha