IQNA

Əlcəzayirdə 1000 illik Quran nüsxəsi nümayiş olunub

23:18 - January 16, 2019
Xəbər sayı: 3484536
Hazırda Əlcəzayirin Xənşələ əyalətinin Zaviyə kəndində keçirilən "Nur" festivalında tarixi min il olan əlyazma Qurani-Kərim nüsxəsi sərgiyə çıxarılıb. Bu nüsxə Bərbərlərdən olan bir ailəyə məxsusdur.

Əlcəzayirdə 1000 illik Quran nüsxəsi nümayiş olunubİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-məsa" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Əlcəzayirin Xənşələ əyalətində papirus kağızlar üzərinə yazılmış 1000 il tarixi olan Qurani-Kərimin əlyazma nüsxəsi nümayiş olunub.

Hazırda Əlcəzayirin Xənşələ əyalətinin Zaviyə kəndində keçirilən "Nur" festivalında tarixi min il olan əlyazma Qurani-Kərim nüsxəsi sərgiyə çıxarılıb.

Qədim tarixə malik bu Quran nüsxəsinin sahibi həmin rayonda yaşayan yerli sakinlərdən biridir. Onun dediyinə görə, bu nüsxə ona miras olaraq çatıb. Onun "amaziği" (bərbər) əcadadı bu nüsxəni özləri ilə "Saqiyətul-Həmra" bölgəsindən gətiriblər.    

http://iqna.ir/fa/news/3781761

captcha