IQNA

Dünya ictimaiyyəti İranlı-Amerikalı jurnalistin azadlığını tələb edir

12:48 - January 18, 2019
Xəbər sayı: 3484543
PRESS TV peyk kanalının jurnalisti Mərziyyə Haşiminin ABŞ-da FBİ tərəfindən həbs edilməsinin ardınca dünya ictimaiyyəti onun azad olunmasını tələb edib.

Dünya ictimaiyyəti İranlı-Amerikalı jurnalistin azadlığını tələb edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  PRESS TV peyk kanalının jurnalisti Mərziyyə Haşiminin ABŞ-da FBİ tərəfindən həbs edilməsinin ardınca dünya ictimaiyyəti onun azad olunmasını tələb edib.

İngitlərənin paytaxtı London şəhərində yerləşən "İslami İnsan Haqları Komissiyası"nın informasiya portalının (https://www.ihrc.org.uk) bu barədə yaydığı məlumata əsasən, beynəlxalq İslam təşkilatları, beynəlxalq ictimai aktivistlər və beynəlxalq jurnalistlər birliyi İran İslam Respublikasında yaşayan Amerikalı jurnalist Mərziyyə Haşiminin Amerikada günahsız yerə həbs edilməsini pisləyərək onun azadlığını tələb ediblər.

London şəhərində yerləşən "İslami İnsan Haqları Komissiyası"nın informasiya portalı Mərziyyə Haşiminin fəaliyyəti barədə açıqlma verərək beynəlxalq ictimai və mədəni fəallardan onun azadlığı üçün kampaniyaya qoşulmalarını istəyib.

London "İslami İnsan Haqları Komissiyası"nın bəyaniyyəsində Mərziyyə Haşiminin günahsız olmasına rəğmən onun həbs edilməsi, həbsdə onunla pis davranılması, onun hicabının zorla çıxarılması və dinini təhqir etmək məqsədi ilə ona İslamda əti haram hesab edilən heyvan ətinin verilməsi vurğulanıb.

İslami İnsan Haqları Komissiyası BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) özbaşına həbslər (UN Rapporteur on Arbitrary Detention) barədə istintaq qrupuna məktub yazaraq bu məsələ ilə təcili maraqlanmasını və işə müdaxiləsini istəyib.  

Bundan əlavə Hindistanın "İmam Xomeyninin xatirəsi müəssisəsi", beynəlxalq jurnalistlər və qəzetçilər federasiyası (İFJ) və Amerikanın Qələm birliyi (PEN) də bəyaniyyələr yayaraq PRESS TV-nin jurnalistinin ən tez zamanda azadlığa buraxılmasını və beynəlxalq ictimaiyyətinin bu məsələyə müdaxiləsini tələb ediblər.

درخواست جهانی برای آزادی خبرنگار ایرانی- آمریکایی / آماده

Amerikanın Qələm birliyinin (PEN) icraçı müdiri Suzanne Nossel özünün sosial hesabında yazıb: ABŞ-ın xanım Mərziyyə Haşiminin həbs edilməsi barədə heç bir şəffaf açıqlama verməməsi bunu göstərir ki, xanım Haşimi sonuncu dəfə hazırladığı "qara canlılar" adlı sənədli filmə görə həbs edilib. Bu addım hər hansı dəlilə görə olursa, olsun, demokratik qanunların pozuntusu hesab edilir.

Qeyd edək ki, xanım Mərziyyə Haşimi PRESS TV-nin ameriklı jurnalistidir. O, ABŞ-ın Ohayo əyalətindən anadan olmuşdur. Əsl adı Mlani Franklin olan jurnalist iranlı bir kişi ilə evləndikdən sonra İslam dinini qəbul etmiş və İrana köçmüşdür. Yaxınlarını yoxlamaq üçün vətəninə dönən jurnalisti ABŞ mərmurları Sent-Luis hava limanında həbs edərək onu Vaşinqton D.C-nin federal polis mərkəzinə aparıblar.     

http://iqna.ir/fa/news/3782188

captcha