IQNA

Şeyx Zəkzəki tərəfdarlarından daha 2 nəfər şəhid oldu

20:12 - July 12, 2019
Xəbər sayı: 3485489
Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün iyulun 11-i paytaxt Abucada və Kaduna əyalətində keçirdiyi mitinqlər polis zorakılığı ilə yadda qalıb.
Nigeriya xalqının ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün iyulun 11-i paytaxt Abucada və Kaduna əyalətində keçirdiyi mitinqlər polis zorakılığı ilə yadda qalıb.
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının baş katibi Şeyx Zəkzəkini həbsxanada zəhərlənməsinə etiraz etmək üçün iyulun 11-i paytaxt Abucada keçirdiyi yürüş və mitinq vaxtı polis qüvvələri nümayişçilərə göz yaşardıcı qaz qumbarası ilə müdaxilə edib və onlarla insanı həbs edib.
Elə həmin gün Kaduna əyalətində də küçələrə çıxan Şeyx Zəkzəki tərəfdarlarına polis həqiqi güllələrlə müdaxilə edərək, daha iki dinc nümayişçini şəhid edib.
Nümayişçilər bu cür müdaxilələrin onları öz dinc tələblərinin səsləndirməkdən çəkindirə bilməyəcəyini deyiblər və Şeyx Zəkzəki azad olunana qədər aksiyalarını davam edəcəklərini bildiriblər.
İyulun 9-u şəhid edilən Şeyx Zəkzəki tərəfdarının isə, izdihamlı dəfn mərasimi keçirilib.
Teqlər: iqna ، nigeriya ، zəkzaki
captcha