IQNA

Sionist xaxamlar Bəhreyn şahı ilə görüşüb

12:48 - December 10, 2019
Xəbər sayı: 3486288
Bu sionist xaxam İordaniya, Küveyt, Qətər, Livan və Misrdən olan dini rəhbərlərlə görüşərək onları müsəlman ölkələri ilə İsrail arasında sülh yaratmağa dəvət edib.   

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin "Məlik Həmd" beynəlxalq tolerantlıq mərkəzi dünən və bu gün (9-10 Dekabr) "Orta Şərqdə və Afrikanın şimalında dini azadlıq" toplantısına evsahibliyi edir. Bu toplantıda bəzi Ərəb ölkələrinin ruhani və dini rəhbərləri iştirak edirlər.

Toplantının əsas hədəfi Bəhreynin Ali-Xəlifə rejiminin beynəlxalq arenada kirlənmiş üzünü suya çəkməkdir.

Bəhreyndə bu toplantının keçirildiyi bir vaxta onlarla şiə ruhanisi mühakiməsiz həbsdə yatır, şiələr dini ayinlərini icra etməkdə azad deyil və siyasi fəallar öz haqlarını tələb etdikləri üçün həbsə salınıblar.

Bu toplantını işıqlandıran xəbərlərdən məlum olub ki, sionist yəhudi xaxamları Bəhreynə səfər edərək Ali-Xəlifə rejiminin şahı ilə görüşüblər.

Sionist yəhudi xaxam Şlomo Moşe Amar dünən, həftənin birinci günü, 9 Dekabr 2019-cu ilə, Bəhreynə səfər edərək Həmd ibn İsa Ali-Xəlifə ilə görüşüb.

Maraqlı məqam isə budur ki, israil ilə əlaqələrin sadələşdirilməsi və adiləşdirilməsi hədəfi ilə keçirilən görüşdə çəkilən fotoda sionist yəhudi xaxam Livanlı ruhani Əli Əminin yanında durub.

Sionist yəhudi xaxam Şlomo Moşe Amar Bəhreyn padşahına deyib: Qüdsdə sülhün yaranması sizin İsrail ilə əlaqələrinizin adiləşdirilməsinə səbəb olacaq.

Bu sionist xaxam İordaniya, Küveyt, Qətər, Livan və Misrdən olan dini rəhbərlərlə görüşərək onları müsəlman ölkələri ilə İsrail arasında sülh yaratmağa dəvət edib.   

https://iqna.ir/fa/news/3863020

captcha