Ötən gün Vida təvafının yerinə yetirilməsilə bu ilin həcc mərasimi daha tez bitib.
Sədiyyə Ərəbistanın Səhiyyə Nazirliyi bu ilin həcc mərasimində koronavirusa heç bir yoluxma halının olmadığını bəyan edib.
Qeyd edək ki, bu ilin həcc mərasimi izdiham baxımından müasir dövrdə ən kiçik hesab edilir. Bu il 10 minə qədər hacı mərasimə qatılıb ki, onların böyük əksəriyyəti də ölkə vətəndaşları və Ərəbistanda məskunlaşan xarici vətəndaşlardır.