IQNA

Ayətullah Xameneinin Beyrutda baş verən partlayışla əlaqədar mesajı

7:28 - August 06, 2020
Xəbər sayı: 3487825
Çoxlu sayda insanın ölümünə, yaralanmasına və güclü ziyana səbəb olan Beyrut limanında baş verən acı partlayış faciəsində əziz Livan vətəndaşlarının dərdinə şərikik və onların yanındayıq.

İslam İnqilabının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin həftənin Çərşənbə Axşamı günü (4 Avqust 2020) Beyrutda baş verən partlayışla əlaqədar mesajı yayımlanıb.

Maide.Az "khamenei.ir" saytına istinadla xəbər verir ki, İslam İnqilabının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin sosial şəbəkə üzərindən rəsmi "Twitter" səhifəsindən yayımlanan mesajda bildirilir:
"Çoxlu sayda insanın ölümünə, yaralanmasına və güclü ziyana səbəb olan Beyrut limanında baş verən acı partlayış faciəsində əziz Livan vətəndaşlarının dərdinə şərikik və onların yanındayıq. Bu hadisə qarşısında səbir etmək Livan üçün qızıl bir səhifə olacaq."
captcha