IQNA

Hizbullahın baş katibi: "Biz Hayfa limanında nələrin olduğunu Beyrut limanından daha yaxşı bilirik"

11:38 - August 08, 2020
Xəbər sayı: 3487838
Hizbullah baş katibi Seyid Həsən Nəsrullah Beyrut limanında baş vermiş böyük partlayış və yaranmış faciə ilə bağlı Livan xalqına müraciət edib.

Seyid Həsən Nəsrullah öncə bu dəhşətli hadisədə həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara Allahdan şəfa diləyib.

Hizbullah baş katibi bildirib ki, öncə Allahın yardımı, sonra hər kəsin yardımlaşması ilə bu acı hadisələr aşılacaq: "Təbii ki, bu bir görünməmiş hadisədir. Hər anlamda bu yaşanan olay istisnavi bir durumdur. Bu hadisəni anlatmaqda dil acizdir. Biz Hizbullah təşkilatı olaraq bu dəhşətli hadisədən əziyyət çəkmiş hər bir insana dəstək göstərəcəyik".

Seyid Həsən Nəsrullah eyni zamanda xarici ölkələrin ilk gündən Livan xalqına dəstək vermələrinə görə minnətdarlığını bildirib: "Digər bir məsələ xarici ölkələrin bu hadisəyə yanaşmasıdır. İlk vaxtdan dünya  ölkələri   Livana yardım etməyə hazır olduğunu bəyan etdilər.  Biz fərqli ölkələr, beynəlxalq təşkilatlara bu yardımlarına görə təşəkkür edirik.  Fransanın prezidenti də Livana gəldi. Biz hər bir səfərə, dialoqa müsbət yanaşırıq. Livanı birliyə çağırmalarını müsbət qarşılayırıq. Livan xalq və dövlət olaraq bu vəziyyətdən, böhrandan çıxacaq".

Çıxışının ikinci hissəsində Hizbullah baş katibi baş verən faciə ilə əlaqədar Hizbullaha yönəlmiş iftira və iddialara münasibət bildirib: "Dünyada belə vəziyyətlərdə bütün siyasi qüvvələr birlikdə hərəkət etməli, bütün fərqli görüşləri kənara qoymalıdır. Bir ölkədə acı olanda bütün insanlar evində bu acını hiss etməlidir. Dünyada insanlar belə hadisələrdə birlikdə hərəkət edirlər, problemlər birlikdə aradan qaldırılır. Bütün məsələlər həll olandan sonra siyasi meydanda yarışma yenidən davam edir. Livanda faciə başlanandan ilk saatdan bəziləri dərhal bəzi iddiaları ortaya atdılar. tək bəzi fərdlər deyil, sosial mediada deyil, məsullar, siyasi şəxslər də iddialar irəli sürdülər. Hadisənin, partlamanın səbəbini araşdırmadılar. Sanki kim ilk iddianı ortaya ata bilər yarışı başladı." Beyrutdakı limanda Hizbullahın silah deposu var" və ya "limanda Hizbullaha aid raket deposu var" və s. iddialar ortaya atdılar. Belə bir məsələ qətiyyən yoxdur. Bu nitratlarların heç bir şəkildə Hizbullahla əlaqəsi yoxdur. Amma bu hadisəni Hizbullaha bağlamaq üçün müxtəlif iddialar ortaya atdılar. Hətta bəziləri qırıcılarla limanın bombalandığını iddia etdilər. Nə olur-olsun insanlara onu çatdırmaq istəyirdilər ki, Hizbullah sizin şəhərinizi məhv etdi, sizi pis vəziyyətə qoydu və s. Bu, böyük bir zülmdür. Bu ifadə azadlığı deyil. Heç bir dəlil olmadan belə dəlil irəli sürmək olarmı? Hizbullahın da bu hadisədə yaralıları var, insanlar həyatını itirdi, Hizbullahdan şəhidlər oldu. Bu bütün insanlığa təsir göstərmiş böyük faciədir. Biz böyük bir üzüntü içərisindəyik.

Burada istisnavi bir məzlumiyyət mövzusu meydana çıxıb. Biz böyük bir məzlumiyyətlə qarşılaşmışıq. Hizbullaha iftiralar atılır, iddialar irəli sürülür. Bu faciənin şiddəti ilə insanları çaşdırmaq hədəflənir. Təbii ki, əvvəllər də bu cür həqiqəti təhrif etmələr yaşanıb. Bu iddialardan hamımız böyük bir acı duymamıza rəğmən heç bir söz demədik, bir neçə gün keçməsini gözlədik. Amma, indi qətiyyətlə deyirəm ki, nə indi nə keçmişdə həmin limanda Hizbullaha aid heç bir şey, zərrə qədər maddə olmayıb. Araşdırmalar aparılmalı və nəticələr üzə çıxarılmalıdır. Orada illərlə saxlanılmış nitrat partlamasına görə ciddi araşdırmalar aparılmalıdır. Hətta Tramp belə Ağ Evdən burada nələrinsə partladıldığını iddia etdi. Sonra isə Pentaqon bu iddiadan vaz keçdi. Livanda və ərəb dünyasında bəzi media orqanları işi həqiqətindən sapdırmaq istədi. Çünki, yaşanan hər olayı siyasi böhrana çevirmək istəyirlər. Bütün bu iddialar yalan idi.

Başqa bir iddia bu idi ki, Hizbullah bu partlayışın məsuludur, çünki, limanı Hizbullah idarə edir. Bu da yalandır. Hizbullah limanda heç bir yetkiyə malik deyil. Hizbullahın işi müqavimətdir. Biz Livandakı limandan daha çox Hayfadakı limanı tanıyırıq. bizim işimiz Livanı mühafizə və müdafiə etməkdir. Bizim işimiz müqamivətlə bağlıdır. Təbii ki, bizə aid deyilsə, başqa bir kəsimə aiddir bu liman. Onu dilə gətirmək lazımdır. Məhkəmə başlayıb və lazımi araşdırmalar aparılacaq, partlayışın necə baş verməsi aydınlaşacaq. İfadə azadlığı altında bəzilərinin yalan və iftiralarını hər bir livanlı görəcək. Görəcəklər ki, kimlər Livanı daxili savaşa sürükləmək istəyirlər. Bunu əvvəllər də istəyiblər, indi də istəyirlər. Əgər bununla bağlı hər hansı dəlilləri olsaydı, çoxdan ortaya qoyardılar. Bu insanların məqsədi siyasi böhranı dərinləşdirməkdir. İnsanların faciəsi onları qətiyyən narahat etmir.

Siyasi olaraq da bu hadisə fərqli məcralara çəkilmək istəndi. Mən indi heç kimə cavab vermək istəmirəm. Bu, Livanın faciəsidir, insani faciədir, siyasi dartışma zamanı deyil. İnsanların çətinliklərini birlikdə aradan qaldırmaq zamanıdır. Sonra isə siyasi cavablar vermək olar, amma indi bunun zamanı deyil. Önəmli olan nöqtə analiz, mühasibə və təhlildir. Ölkə rəhbərliyi öncədən bəyan etdi ki, bu hadisə ciddi araşdırılacaq və hadisədə məsuliyyəti olan hər kəs ən sərt şəkildə cəzalandılacaq. Biz də Hizbullah olaraq bəyan edirik ki, bu hadisədə məsuliyyəti olan hər kəs ədalətli şəkildə cəzalandırılmalı və hadisə tam ciddiyyəti ilə araşdırılmalı, heç bir şeyə göz yumulmamalı, heç bir şeyin üstü örtülməməlidir, siyasi çıxarılara yol verilməməlidir. Bu hadisənin arxasında olan hər kəs ədalətli şəkildə cəzalandırılmalıdır.

Bəzi siyasi güclər bu təhqiqatın necə aparılacağını ilə bağlı da fikirlər irəli sürdü. Ölkənin təhlükəsizlik qüvvələrinin gərəkli təhqiqat aparmaq üçün kifayət qədər gücü var. Buyurub bu təhqiqatı Livan ordusu aparsın. Bəzi livanlılar bir quruma güvənib digərinə güvənməyə bilər. Hansı quruma güvənirsinizsə bu araşdırmanı aparsın. Nəticələr xalqa açıqlansın. Həqiqətin ortaya çıxması üçün bu yetərlidir. Bu istisnavi olayda Livan dövlətinin  göstərəcəyi tutum, atacağı addım bir növ ölkənin gələcək qədərini müəyyən edəcək. Dövlətin atacağı addımlarda məsuliyyəti var. Ölkənin yenidən inşası üçün ümidlər canlandırılmalıdır. Əgər illərlə limanda nitratlar saxlanılıbsa, demək ki, korrupsiyaya yol verilib. Biz hər zaman korrupsiya ilə mübarizə aparılmasını istəmişik. Əgər bu korrupsiyada əli olanlarla mücadilə olmayacaqsa, Livan xalqı bunu heç zaman bağışlamayacaq. Heç bir himayə, qoruma müzakirə mövzusu olmamalıdır, cinayətdə əli olan hər kəs cəzalandılmalıdır. Bu olayın araşdırılması xalq üçün ümidverici olmalıdır. Livan dövlətinin xalqa ümid vermək imkanı yaranıb və bunun məsuliyyətini ciddi şəkildə dərk etməlidirlər. Livan dövləti bu hadisəni xalqa böyük dəstək üçün fürsət kimi istifadə etməlidir.

Son olaraq bildirirəm ki, partlayışın başlaması ilə bizə qarşı mücadilə başladanlar qətiyyən uğur qazana bilməyəcəklər. İstər ölkə daxilində, isrət xarici müttəfiqləri ilə yenə də xüsran yaşayacaqlar. Livan xalqının müqavimətə böyük bir dəstəyi var və bu gün bu dəstəklə müqavimət bütün dünyada daha güclüdür. Müqavimət daxili savaş istəyənlərin arzularından, istəklərindən daha böyükdür.

Allahdan şəhidlərimizə rəhmət, xəstələrimizə təcil şəfa diləyirəm. Xalqımıza bu böyük faciə qarşısında böyük səbr diləyirəm. Hamımız birlikdə çalışmaqla bu hadisəni adlayacayıq və daha gözəl, daha güclü halda bu vəziyyətdən çıxacayıq, inşəAllah!" 

/3915291/

 

captcha