IQNA

Serbiyada parlamentə ilk dəfə hicablı deputat seçildi

11:46 - August 08, 2020
Xəbər sayı: 3487839
Misala Pramenkoviç Serbiya parlamentinin hicab taxan ilk üzvü kimi tarixə düşüb. Müsəlman xanım Ədalət və Barış Partiyasının siyahısında parlament üzvü seçilib.

Misala Pramenkoviç Serbiya parlamentinin hicab taxan ilk üzvü kimi tarixə düşüb. Müsəlman xanım Ədalət və Barış Partiyasının siyahısında parlament üzvü seçilib.
Ədalət və Barışıq Partiyasının siyahısında üçüncü olaraq parlamentə seçilib.

Partiyaya Serbiyanın keçmiş müftisi Muamər Zukorliç rəhbərlik edir. Misala Pramenkoviç Qazi İsa-Beq Mədrəsəsində İslam fənlərini tədris edir.

Pramenkoviç hədəfləri haqqında danışarkən bunları deyib: “Deputatlarımızın əvvəlki mandatda başlatdıqlarını davam etdirəcəyik. Ancaq mən qadınlar, uşaqların hüquqları, ailə vəziyyəti və ailə dəyərlərini xüsusilə müdafiə edəcəyəm”.

O hesab edir ki, siyasətə girmək müsəlman qadınlara qarşı qərəzlərlə üzləşmək onun üçün bir şans idi.

“Əksər hallarda xurafat və stereotiplər cəhalətdən qaynaqlanır”, - deyə o, bildirib.

 

captcha