IQNA

TƏFSİR: Ənbiya/105.

Allahın saleh bəndələri yer üzünün həqiqi varisi olacaqlar

18:40 - July 14, 2021
Xəbər sayı: 3490288
Aydın bir gələcəkdə saleh insanların hakimiyyət qurması, ədaləti bərpa etməsi və yer üzündə cahanşümul bir sülhün bərqərar edilməsi, insanların fitri inancıdır.

"Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq."

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

Zühur əsrində yer üzünə salehlərin və iman əhlinin hakimiyyət edəcəyi və sahib çıxacağı Allahın möminlərə verdiyi vədədir.

Aydın bir gələcəkdə saleh insanların hakimiyyət qurması, ədaləti bərpa etməsi və yer üzündə cahanşümul bir sülhün bərqərar edilməsi, insanların fitri inancıdır.

Bütün insanlar zati fitrətlərinə əsasən ümid edirlər ki, yer üzü ləyaqətli insanların hidayəti sayəsində və Allahın inayəti ilə zülm və zülmətdən xilas olacaq, təhlükəsizlik yer üzünə hakim olacaq və yer üzündə sakit və sülh içində yaşacaqlar.  

Bütün dinlər və məzhəblərdə axir-zamanda yer üzünü zülm və zülmətdən xilas edəcək bir "müslih" və "xilaskar"dan danışılır ki, bütün əyrilikləri düzəldəcək və dünyada ədalət hakamiyyəti quracaq və bu barədə bütün İlahi peyğəmbərlərin hədəfinə əməl libası geyindirəcək.

Bu düşüncə tərzi İslam dini və İslami məzhəblərdə "Məhdəviyyət" kimi tanınır. Bu inancın kökü Allahın vəhy kəlamındadır. Qurani-Kərim onlarla ayədə saleh insanlar və möminlərə ədalət hakimiyyətinin qurulacağını ə haqqın batilə tam qələbə çalacağını vədə vermişdir.  

Müsəlmanlar həm Quran ayələrində edilən işarələrdən və həm də məsumların (ə) sözlərində nəql edilənlərə əsasən inanırlar ki, sonuncu Peyğəmbərin (s) sonuncu vəsisi yer üzünə hakimiyyət edəcəkdir və möminlərə vədə verilən hakimiyyəti quracaqdır.

Quranda İmam Mehdinin (ə.f) zühuru barədə açıq və aydın bir ayə olmasa da bir çox şiə və əhli-sünnə təfsirçiləri hədislərə istinad edərək ayələrdə olan işarələri aydınlaşdırmış və bu ayələri İmam Mehdinin (ə) zühuruna aid etmişlər.

Bəzi təfisrçilərin rəyinə görə İmam Mehdi (ə) hakimiyyətinə dəlalət və işarə edən mühüm ayələrdən biri də Ənbiya surəsinin 105-ci ayəsidir:  

"Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq."

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

Bu ayədə Allah-Taala vədə verir ki, saleh insanları elə bu dünyada bütün yer üzərində ədalətli bir hakimiyyət qurmaqla mükafatlandıracaq.

Allah-Taala ayədə saleh insanları belə vəsf etmişdir ki, onlar Allaha inanırlar, tövhid əhlidirlər və imanlarında möhkəmdirlər. Çünki "saleh" termini o möminlər barədə işlədilir ki, onlar təqva sahibdirlər, elm, agahlıq və bəsirətləri vardır, sosial işlərdə güclü, intizamlı və tədbirlidirlər.

Bu ayəyə əsasən əgər möminlər təqva sahibi olsalar, ictimai məsələlərdə güclü, təqvalı və intizamlı olsalar, cəmiyyəti islah etməyə çalışsalar, Allah -Taala onlara "ədalətli hakimiyyət" ki, salehlərin hakimiyyətidiri, qurmağı nəsib edəcəkdir.

Deməli, insanlar vədə verilən hakimiyyəti (salehlərin ədalətli hökuməti) əldə etmək üçün Allahın bəyəndiyi sifətləri fərdi və kütləvi şəkildə əldə etməlidirlər.

Ayədə işarə edilən digər bir məqam isə yer üzünün "miras" olaraq salehlərə çatmasıdır. Yəni salehlərin hakimiyyəti dövründə yer bütün sərvətini aşkar edəcəkdir, saleh insanlar yerin bütün bərəkətlərindən istifadə edəcəklər. /iqna

 

    

Teqlər: varis ، miras ، irs ، zəbur ، tövrat ، imam mehdi ، axir-zaman ، Ənbiya 105
captcha