IQNA

Zümər: 53 - Bağışlanmaq ümidi ilə mənəvi və maddi sıxıntılardan xilas olmaq

12:55 - July 16, 2021
Xəbər sayı: 3490305
“Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!"

"(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!"

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

İnsanın özünü tərbiyə məsələləri yolunda olan problemlərdən biri də öncələr etdiyi pis əməllərə görə özünü daima günahkar hiss eləməsidir, xüsusilə də bu köhnə günah ağır günahlardan olubsa.

Bu fikr insanı daima narahat edir, ruhuna kölgə salır, qorxulu bir kabus kimi onu izləyir, lənət zəncir kimi ayağına bağlanır, Allaha qayıtmaq, özünü dəyişmək və paklığa doğru getməsi yolunda keçmiş günahın ağır məsuliyyətindən özünü qurtara bilmir və bu da ona həyat proqramını müsbətə doğru dəyişməyə imkan vermir.

Belə insan özü-özünə deyir ki, bu böyüklükdə günahla tövbə etməyin nə faydası olacaq, mənim ruhum dəyişilməz və paklanmayan günah rənginə boyanıb!

Qurani-Kərimdən alınan İslami görüşdə bu məsələ həll edilmişdir. Əgər insan tövbəni İslami mətnlərdə qeyd edilən şərtlər əsasında edirsə, bu, insanı keçmişdən tamamilə ayırır və insan yeni bir həyat başlayır, hətta İslamda buna insanın yenidən doğulması və "ikinci təvəllüd"də deyilir. Sevimli Peyğəmbərimizdən (s) rəvayət edilən bir hədisdə buyurur:       

  اَلتَّائِبُ مِنَ اَلذَّنْبِ كَمَنْ لاَ ذَنْبَ لَهُ

"Günahdan tövbə edən kəs heç günah etməmiş kimidir". (Səfinətul-Bihar, c.1, s.127.)

Allah-Taala Qurani-Kərimin Zümər surəsinin 53-cü ayəsində günahdan tövbə edən insanlara lütf, rəhmət və məhəbbət dolu bir qucaq açır, ümumi əfv fərmanı verir və buyurur ki,

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

"(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!"
Bu ayə Qurani-Kərimin bütün günahkarların barəsində ən ümidverici ayəsidir. Bu ayənin ümumiliyi və hamıya şamil olması o dərəcədədir ki, İmam Əli (ə)  - مَا فِی الْقُرْآنِ آیَه أَوْسَعُ مِنْ يا عِبادِيَ الَّذِينَ أَسْرَفُوا  - "Quranda bu genişlikdə və hamını əhatə edən ayə yoxdur" buyurub. (əs-Safi, c.4, s.326)

Allah-Taalanın bu ayədə "ey insanlar" yerinə "ey mənim bəndələrim", zülm, cinayət və günah yerinə "israf" və həmçinin "Allahın rəhmətindən məyus olmayın", Allah bağışlayandır", "rəhim və ğəfur"dur kimi ifadələrini işlətməsi, Allahın bütün bəndələrinə lütf, mərhəmət və mehribanlığını göstərir və tövbə edənlərin bütün günahlarını bağışlayacağına dəlilidir.

Bu ayədəki ifadələr genişlik baxımından, yəni bütün günahkarları və bütün günahları əhatə etməsi baxımdan ən ümidverici ayədir.

Başqa sözlə rəhmət, bərəkət və məğfirəti sonsuz olan, rəhməti qəzəbini önləyən, bəndələrini Cənnət üçün yaradan və onları əzab və oddan amanda saxlamaq üçün minlərlə hidayət vasitəsi göndərən bir varlıqdan bundan azını gözləmək özü də günahdır. Və nə gözəl Yaradandır, nə mehriban və rəhimli Allahdır!

Sədi "Gülüstan"ın girişində deyir ki, Allah bəndələrindən biri günah edə, peşiman ola və Allah dərgahına qayıda və amma Allah ona nəzər etməyə, bəndə də hey israr edə, Allah mələklərinə buyarar ki,

یا ملائکتی قَد استَحْیَیتُ مِن عبدی و لَیس لَهُ غیری فَقد غَفَرت لَهُ

"Mən bəndəmdən utandım, onun Məndən başqası bir kəsi yoxdur, buna görə də onu bağışladım, duasını qəbul etdim, istəyini yerinə yetirdim". / iqna

     

 

captcha