IQNA

Marneuli Parkında keçirilən Qədir Xum tədbirindən fotolar

0:17 - August 01, 2021
Xəbər sayı: 3490413
Həftənin Cümə günü axşam saatlarında Gürcüstanın Marneuli şəhərinin mərkəzində, Ataholdinq Binasının qarşısında yerli sakinlər Qədir Xum Bayramı münasibətilə tədbir keçiriblər.

Həftənin Cümə günü, İyul ayının 30-da, axşam saatlarında Gürcüstanın Marneuli şəhərinin mərkəzində, Ataholdinq Binasının qarşısında yerli sakinlər Qədir Xum Bayramı münasibətilə tədbir keçiriblər.

Tədbir ÜGMADİ (Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi)  və İmam Əli Fondu tərəfindən təşkil olunub.

Mərasimdə ilahiyyatçı Mirismayıl Əsədov, ilahiyyatçı, İmam Əli məscidinin axundu Hacı Hacıyev çıxış edib, ilahi nəğmələr qrupu mədhiyə və ilahilər səsləndiriblər.

Sonda Qədir Xum bayramı münasibətilə hazırlanmış tort kəsilərək tədbir iştirakçılarına təqdim olunub.

 

captcha