IQNA

Mosulda iki Quran seminarı keçirilib - Foto

23:39 - August 01, 2021
Xəbər sayı: 3490417
İmam Hüseyn (ə) hərəminin Darul-Quran idarəsi və İraqın Quran Dərnəkləri Birliyinin həmkarlığı ilə İyul ayının 28-də İraqın Mosul şəhərində Quran mövzusunda iki seminar keçirilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseyn (ə) hərəminin Darul-Quran idarəsi və İraqın Quran Dərnəkləri Birliyinin həmkarlığı ilə İyul ayının 28-də İraqın Mosul şəhərində Quran mövzusunda iki seminar keçirilib.

Qədir-Xum bayramı münasibəti ilə keçirilən seminarlardan biri Mosulun "ət-Təyyibə", digəri isə "əl-Qübbə" rayonlarında təşkil edilib.  

İmam Hüseyn (ə) hərəminin Darul-Quran idarəsinin rəis müavini Seyid Mürtəza Cəmaluddin məlumat verib ki, seminara görə Darul-Quran tərəfindən iki heyət Mosul şəhərinə göndərilib.

Seminarlardan biri "Peyğəmbərin xütbəsində Qədir-Xum meyarları", digəri isə "İmam Əlinin (ə) qədiriyyə ziyarətnaməsində Qədir-Xum meyarları" adı ilə keçirilib.  / iqna

 
Teqlər: mosul ، darül-quran ، seminar ، qədir-xum
captcha