Az.shafaqna.com “SonDakika”-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki yanğınlarla mübarizədə yardım əlini uzadan ölkələrin adlarını açıqlayıb.
O deyib ki, həmin ölkələr Ukrayna, Rusiya, Azərbaycan və İrandır.
Ərdoğanın sözlərinə görə, adıçəkilən ölkələrdən gələn dəstəklə yanğınla mübarizəyə cəlbedilən təyyarələrin sayı artıb və bu, yanğınların aşkar edilərək böyümədən söndürülməsi məsələsində böyük üstünlük verib.