IQNA

Aşura və bizim bu günümüz-3

Aşura bütün bəşəriyyət üçün əbədi nümunədir

Biz insanlar həmişə və hər yerdə iki yol ayrıcındayıq: Ya Hüseynin (ə) qoşununda və haqqın  yanındayıq, ya da istəməsək də Ömər Sə`din qoşunu tərəfində və zalimin köməkçisiyik.

Ali Məqamlı Rəhbərin Seçilməsi Məclisinin (Xübrəqan) üzvü və Tehran universitetinin ustadı Məhəmməd Möhsin İsmayili "İran Universitetlərinin Qura Təşkilatı"nın "Mübin" studiyasında "Aşura və bizim bu günümüz" adlı silsilə videodərslərdə Aşuranın tarixini təhlil edib, Aşuranın qiyamının kökləri, səbəb və amilləri, fəlsəfəsi, nəticə və ibrətlərindən danışıb.

Həmin videodərslərin üçüncü hissəsini təqdim edirik:

Aşura xüsusi bir zaman və məkana məxsus və məhdud deyil. İmam Hüseyn (ə) bütün məkan və bütün zamanlarda azad insanların və azadlıqsevərlərin rəhbəridir. Bu hadisə müsəlman və qeyri-müsəlman olması fərq etmədən bütün insanlar üçün yol, bələdçi və mayakdır.

Məhərrəm ayının 10-da göydəki Günəş qürub etdiyi zaman bəşəriyyət tarixində elə bir Günəş doğdu ki, heç vaxt qürub etməyəcək və gün keçdikcə daha çox parlayacaq və aləmi nurlandıracaq.

Buna görə də AŞURA qiyamının bizim bu günümüz üçün də deməyə çox mühüm sözləri var.

Burada mühüm sual budur ki, Kərbəla hadisəsi bir istisna idi, yoxsa, qayda?

Allahın iradə və istəyi ilə baş verəcək bir fenomen idi və oldu və təkrar olmayacaq, yoxsa, onun baş verməsi üçün məlum və müəyyən səbəb və illətləri var idi, o səbəb və illətlər təkrarlandıqca, bu hadisə də təkrarlanacaq?!

Təəssüflər olsun ki, bəzən bizim Kərbəla hadisəsi barədə çıxışlarımız bu hadisəyə elə bir rəng verir ki, onu səbəb və amillər nəticəsində baş verə bilən fenomen və qayda çərçivəsindən kənar saxlayır. Halbuki İmam Hüseynin (ə) hərəkatı və həyata keçirdiyi qiyam müəyyən formul və qaydaya malikdir.

Buna görə də İmam (ə) buyurdu ki, mənin işimdə sizin üçün daimi bir nümunə və örnək var. Örnək, yəni o kəs ki, hamı gərək həmişə onun kimi hərəkət etsin.

"Hər gün Aşuradır və hər yerə Kərbəla" ifadəsinin mənası nədir? Necə iddia etmək olar ki, hər gün Aşura və hər yer Kərbəladır?

Baxmayaraq ki, bu ifadə rəvayət və hədis deyil, amma gözəl bir kəlam və düşündürücü hikmətdir. Mənası budur ki, bizim hər birimiz yer üzünün hər hansı bir guşəsində və hər bir zamanda yaşamağımızdan asılı olmayaraq, özümüzə məxsus Kərbəla səhrasında yaşayırıq.

Biz insanlar həmişə və hər yerdə iki yol ayrıcındayıq: Ya Hüseynin (ə) qoşununda və haqqın  yanındayıq, ya da istəməsək də Ömər Sə`din qoşunu tərəfində və zalimin köməkçisiyik.

Allahın bizdən istədiyi budur ki, İmam Hüseynin (ə) cəbhəsində yer almaq, məzlumların köməyi və zalimlərin düşməni olmaqdır. / iqna

kod