IQNA

Məscid axundu tapdığı qızılların sahibini də axtarıb tapdı

22:49 - September 18, 2021
Xəbər sayı: 3490764
Türkiyənin Sivas şəhərində yerləşən məscidin imamı Xəlil İbahim Yüceal ibadətgahın həyətində kağıza bükülmüş 2 qızıl sikkə tapıb.

Türkiyənin Sivas şəhərində yerləşən məscidin imamı Xəlil İbahim Yüceal ibadətgahın həyətində kağıza bükülmüş 2 qızıl sikkə tapıb.

O, müstəqil şəkildə onların sahibini tapa bilmədiyi üçün, qızılları polisə təhvil verib. Polis isə qızılın sahibini tapıb.

Qızıl qəpiklərin büküldüyü kağız elektrik enerjisi qəbzi olub. Polis qızılın sahibini abunəçini müəyyən edərək tapıb.

“Onlar qızıl sikkələrə bükdüyüm kağızla məni tapdılar. Mən onları harada itirdiyimi unutmuşdum. Məsciddə namaz qılırdım, belə görünür ki, elə oradaca da itirmişəm. Allah onları tapanlardan razı olun. Mən həmin qızılları qız nəvəmə hədiyyə etməyə hazırlaşırdım”, – deyə malın sahibi Durmuş Kaya bildirib. / Şəfəqna

Teqlər: qızıl sikkə ، məscid ، Sivas
captcha