IQNA

Dünya ölkələrində məscidlərin sayı

18:25 - September 21, 2021
Xəbər sayı: 3490784
Məscidlərin ölkələr üzrə sayına baxsaq, 2014 -cü ildə ən çox məscid olan ölkə 818.634 məscidlə (bütün məscidlərin 22,7% -i) İndoneziyadır.

Deloitte və Dubai Islamic Economy Development Center‘in araşdırmalarına və təxminlərinə görə dünyada məscidlərin ümumi sayı:

2010 -cu ildə dünyada məscidlərin ümumi sayı 3.424.480; 2014 -cü ildə bu rəqəm 3.601.528 idi. Hesablamalara görə, 2019 -cu ildə dünyada məscidlərin sayı 3.843.671 -ə çatıbdır. 2014 -cü ildəki  məscidlərin sayına görə hər məscidə 500 nəfər düşürdü.

Məscidlərin ölkələr üzrə sayına baxsaq, 2014 -cü ildə ən çox məscid olan ölkə 818.634 məscidlə (bütün məscidlərin 22,7% -i) İndoneziyadır. 309.498 məscidlə Pakistan (8,6%); Hindistan 304.334 məscidlə (8.4%); Səudiyyə Ərəbistanı 281 494 məscidlə (7,8%); Banqladeş 255 881 məscidlə (7,1%) gəlir.

Beşinci sırada olan Əfqanıstanda 123.368 məscid (3.4%); Altıncı sırada olan Misirdə 111,508 məscid (3,1%); Yeddinci yeri tutan Türkiyənin 83 min 429 məscidi (2,3%), səkkizinci sırada olan İranın 72 min 574 məscidi (2,0%) var.

Efiopiyada 61.326 məscid; Mərakeşdə 49.885 məscid; Çində 35.889 məscid; Əlcəzairdə 20 min məscid; Rusiyada 8409 məscid; Özbəkistanda 5,256 məscid; Birləşmiş Ərəb Əmirliklərində 5036 məscid; Almaniyada 2.884 məscid; ABŞ -da 2508 məscid; Fransada 2.368 məscid; İngiltərədə 1.775 məscid; Kanadada 1712 məscid və Küveytdə 1320 məscid var. / oxuinfo

captcha