IQNA

"Müsəlman nəslin növbəti dalğası"; Amerikada yeni nəslin tərbiyəsi - video | foto

17:39 - September 22, 2021
Xəbər sayı: 3490792
Bu müəssisə Amerikada böyüyən yeni nəsil müsəlmanların, yeniyetmə və cavanların boş vaxtlarının səmərəli keçirilməsi üçün faydalı proqramlar hazırlayır və onların dini biliklərini artıqmağa çalışır.

Amerikada fəaliyyət göstərən "Müsəlman nəslin növbəti dalğası" müəssisəsi qeyri-hökumət təşkilatıdır.

Bu müəssisə Amerikada böyüyən yeni nəsil müsəlmanların, yeniyetmə və cavanların boş vaxtlarının səmərəli keçirilməsi üçün faydalı proqramlar hazırlayır və onların dini biliklərini artıqmağa çalışır.

"Müsəlman nəslin növbəti dalğası" müəssisəsinin əsas hədəfi amerikalı müsəlmanların müxtəlif təbəqələrinin yeni nəslindən ibarət müasir bir cəmiyyət yaratmaqdır.

Qeyd edək ki, Amerikada 6 milyonadək müsəlman yaşayır və Amerika və Avropa ölkələrində islamofobiyanın çoxalması və müsəlmalar əleyhinə təzyiqlərin artması onların inkişaf etməsinin və yeni nailiyyətlər əldə etmələrinin qarşısını almır.

«موج بعدی مسلمانان»؛ موسسه‌ای برای تربیت نسل آینده مسلمانان آمریکا / اماده

Keçən 20 il amerikalı müsəlmanlar üçün qızıl dövrü hesab edilir. Çünki bu illərdə onların həm sayı və həm də uğurları artıb və Amerika cəmiyyətində söz sahibi ola biliblər.

2001-ci ildən sonra Amerikada müsəlmanların ibadət məkanlarının sayı iki dəfə artıb.

«موج بعدی مسلمانان»؛ موسسه‌ای برای تربیت نسل آینده مسلمانان آمریکا / اماده

Amerikanın Miçiqan əyalətində müsəlman həkimlərin sayı 15 faiz çoxalıb. Halbuki müsəlmanlar Miçiqan əyalətində cəmiyyətin təkcə 3 faizini təşkil edirlər.

Bundan əlavə incəsənətçilər, jurnalistlər, memarlar, siyasətçilər arasında və digər ictimai fəaliyyət sektorlarında işləyən müsəlmanların da sayı çoxalıb.

«موج بعدی مسلمانان»؛ موسسه‌ای برای تربیت نسل آینده مسلمانان آمریکا / اماده

Çoxalmaqda olan müsəlmanların əksəriyyətini cavanlar təşkil edir. Digər tərəfdən isə müasir cavanlar əsasən virtual məkanda və sosial şəbəkələrdə vaxt keçirirlər. Bu məkandlarda isə İslam əleyhinə geniş təbliğat aparılır və cavanları müxtəlif yollarla öz milli, mənəvi və mədəni dəyərlərindən uzaqlaşdırmaq istəyirlər. Buna görə də müsəlman cavanların boş vaxtlarının səmərəli keçməsi və onları yad mədəniyyət və dinlərdən qorumaq üçün virtual məkanda xüsusi proqramlar həyata keçirilməlidir.

«موج بعدی مسلمانان»؛ موسسه‌ای برای تربیت نسل آینده مسلمانان آمریکا / اماده

Bu mühüm məsuliyyəti dərk edən "Müsəlman nəslin növbəti dalğası" müəssisəsi (Next Wave Muslim Initiative - NWMI) bu sahədə olan boşluqları doldurmağa çalışır.

"Müsəlman nəslin növbəti dalğası" müəssisəsi 2009-cu ildə Amerikanın Vaşinqton şəhərində təsis edilmişdir.

«موج بعدی مسلمانان»؛ موسسه‌ای برای تربیت نسل آینده مسلمانان آمریکا / اماده

Müəssisə müsəlman ailələrin sosial və ictimai problemlərini təmin edən proqramlar hazırlayır. Müsəlman cəmiyyətin mənəvi inkişafı, ictimai ədalətin bərpası və cavanların mədəni və mənəvi ehtiyaclarının sağlam qaynaqdan ödənilməsi üçün çalışır.

«موج بعدی مسلمانان»؛ موسسه‌ای برای تربیت نسل آینده مسلمانان آمریکا / اماده

"Müsəlman nəslin növbəti dalğası" müəssisəsi müxtəlif proqramlar çərçivəsində müsəlman cavanları Quran, Peyğəmbər və Əhli-Beytin (ə) sirə və sünnəsindən örnək almağa dəvət edir.

موسسه

Bu hədəflə uşaq, yeniyetmə və cavanlar üçün məscidlərdə müxtəlif tədbirlər keçirilir, müxtəlif müsabiqələr (oxumaq, rəsm çəkmək, şeir demək və sair) təşkil eidlir, onlar elmi və mədəni gəzintiyə aparılır, bekarçılığın fəsadlarının aradan götürülməsi üçü yüngül məşğuliyyət və iş təşkil edir, ehtiyaclı ailələrə kömək üçün onların fiziki gücündən istifadə edilir, kitabxana və maarifləndirici klublar fəaliyyət göstərir. / iqna / 3998485

kod
captcha