IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin "əl-Mənabiril-Quraniyyə" ictimai birliyi Suriya, Yəmən və Sumalidə 26 məscidin inşası və Quran Mərkəzlərinin təsisi barədə məlumat verib.
Küveytin "əl-Mənabiril-Quraniyyə" ictimai birliyinin məlumatında deyilir ki, 26 məscid və Quran mərkəzi təkcə 2021-ci ildə inşa və təsis edilib və ümumilikdə 4200 nəfər müsəlmanı ibadət məkanı ilə təmin edib.
"əl-Mənabiril-Quraniyyə" ictimai birliyinin idarə şurasının rəis müavini deyib ki, məscid və Quran mərkəzlərinin inşa və təsis edilməsi mühüm xeyriyyə layihələrindən biridir ki, ehtiyac olan regionlarda icra edilir.
Bu ictimai birliyin vasitəsi ilə Suriyada 14 məscid, Yəməndə 5 məscid və Sumalidə 7 məscid inşa edilmişdir. Bu məscidlərin hər birində orta hesabla 200 namaz qılan ibadət edə bilir. / iqna / 3999289