IQNA

Əl-Əqsa məscidinin imamları Kərbəlada İmam Hüseynin (ə) şüarlarını səsləndirib

23:35 - September 22, 2021
Xəbər sayı: 3490794
Əziz, qətiyyətli və fədakar Fələstin xalqının övladları müqəddəs Kərbəla şəhərində İmam Hüseynin (ə) hərəminin daxilində Əl-Əqsaya dəstək şüarları səsləndiriblər.

Əl-Əqsa məscidinin şeyxləri müqəddəs ziyarətgahda Həzrət İmam Hüseyndən (ə) bir xütbə oxuyub və İsrail rejiminin varlığında ədalətin və bərabərliyin olmadığını vurğulayıblar.

Əl-Əqsa məscidinin şeyxləri İmam Hüseynin (ə) hüzurunda “Ləbbeykə Ya Hüseyn”, “Ləbbeykə Ya Zeynəb”, “Ləbbeykə Ya Zəhra”, “Məhv olsun İsrail rejimi”, Ləbbeykə Ya Əqsa” şüarlarını səsndiriblər.

Qeyd edək ki, bu günlər İmam Hüseynin (ə) Ərbəin mərasiminin yaxınlaşdığı günlərdir və dünyanın hər yerindən müsəlmanlar bu münasibətlə Kərbəlada toplaşırlar. / Sabereen News Teleqram kanalı / Deyerler

captcha