IQNA

İŞİD-in Samerranın cənubundakı hücumu dəf edildi

14:15 - September 24, 2021
Xəbər sayı: 3490801
Həşduş-Şəəbi qüvvələri İraqın Səlahuddin əyalətinin Samerra şəhərinin cənubunda İŞİD terrorist ünsürlərinin terror hücumlarının qarşısını alıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həşduş-Şəəbi qüvvələri İraqın Səlahuddin əyalətinin Samerra şəhərinin cənubunda İŞİD terrorist ünsürlərinin terror hücumlarının qarşısını alıb.

İraqın Həşduş-Şəəbi Xalq Könüllüləri Qüvvələrinin rəsmi informasiya portalı olan "ina"-nın verdiyi məlumatda deyilir ki, ötən gün, həftənin Cümə Axşamı günü, 23 Sentyabr 2021-ci il, İŞİD terror təşkilatının bəzi ünsürləri Samerra şəhərinin qərbində yerləşən Seyyid Ğərib rayonunda Həşduş-Şəəbinin 42-ci bölüyü əleyhinə terror hücumu təşkil ediblər. Terrorçuların hücumunun qarşısı alınıb.

Həşduş-Şəəbinin 42-ci bölüyünün İŞİD ünsürlərinə qarşı savaşında bir nəfər şəhid olub. iqna / 3999748

captcha