IQNA

Həzrət İsmailin (ə) nəzərində bəndəliyin böyüklüyü

20:54 - May 22, 2022
Xəbər sayı: 3492271
Hadisə kifayət qədər böyükdür. Allah İbrahimə (ə) oğlunu qurban etməyi əmr edir. Birinci sual budur ki, belə bir göstərişin məqsədi nədir? Ancaq digər tərəfdən, uşağın belə bir əmrə necə reaksiya verməsidir.

"İQNA", xəbər verir ki, Qurani-Kərimin Təfsirçisi Məhəmməd Əli Ənsari, Saffat surəsinin təfsirində deyib: "Allahın peyğəmbərlər üçün çətin sınaqlarından biri də İbrahimə (ə) qocalıqda ona verdiyi uşağı kəsməyi əmr etməsidir. İbrahimin (ə) xanımının uşaq sahibi olmaq ümidi qalmadığı zaman: "Beləliklə, Biz onu həlim bir oğlan uşağı (ismail) ilə müjdələdik". (Saffat surəsi, ayə 101).  İbrahimin əvvəllər övladı yox idi".

Bu uşaq böyüdükdən sonra ilahi imtahan üçün şərait yarandı: "Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: Oğulcığazım! Mən yuxuda hey görürəm ki, sənin başını kəsirəm. Bəs bax (gör) nəzərin nədir?" (Saffat surəsi, ayə 102).

İsmail yüksək mərifətlə mühüm bir məqama işarə edir: "(İsmail) dedi: Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!" (Saffat surəsi, ayə 102). İsmayıl "ata, gəl boynumu kəs" demir, "sənə əmr olunan kimi et" deyir. Yəni, İsmailin mərifəti işi atanın əməlindən ilahi əmrə köçürür. İsmail ataya deyir ki, əgər övladının başını kəsmək sənə əmr olunursa, sənə əmr olunanı elə. Bəndəliyin əzəməti onun dediyi cümlədədir.

Ata və oğul təslim olub canlarını və varlıqlarını ilahi əmrə təslim etdikdə, İbrahim uşağı qurban etmək üçün yerə qoydu. Sonra Allah onun işini davam etdirməsinə mane oldu: "Biz ona xitab etdik ki, ey İbrahim! Sən yuxunu həyata keçirdin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq". (Saffat surəsi, ayə 104 və 105).

Allahın iki cür əmri

Bizim iki növ əmrimiz var. Bəzən hərəkətin özü nəzərdə tutulur, bəzən də başqa məqsəd nəzərdə tutulur. Hərəkətin özü haqqında, məsələn, deyiblər: "Namazı bərpa edin ... ." (İsra surəsi, ayə 78). Bu əmrin məqsədi namazın özünü yerinə yetirməkdir ki, onun təsiri ibadət edənə hasil olsun. Amma bəzən verilən əmrdə əməl vacib deyil, İbrahimin hekayəsi kimi əmrin özü vacibdir. Allah İbrahimə əmr edir ki, uşağını zibh elə. Amma İsmayılın boğazını kəsə bilməmiş Cəbrayıl bıçağı kənara itələyir və işin bitdiyini deyir. Əmrin özünün faydası sonrakı ayədə gəlmişdir: "Şübhəsiz ki, bu (hadisə) həmin aşkar imtahandır". Saffat surəsi, ayə 106).

İkinci mətləb isə xalq arasında yanlış yayılmış ədəblərin islah olunmasıdır. Qurban kəsmə ilahi dinlərin mühüm ayinlərindən biri olub. İnsanın Allaha yaxınlaşması mənasını verir. Həzrət Adəmdən bəri olub. Zamanla təhrif olunub və insanları qurban veriblər. Allah bunu aradan aparmaq üçün insanlığı şoka saldı. İbrahimdən (ə) başqa heç kimin bununla üzləşmək gücü yox idi. Bu iş onun əli ilə aradan getdi.

4052985

Teqlər: İsmail ، İbrahim ، bəndəlik ، qurban ، mərifət
captcha