İQNA, Türkiyə Xəbər Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin cənubundakı Diyarbəkir vilayətində mayınn 23-ü Bazar ertəsi günü Qurani-Kərimin 57 hafizinin buraxılış mərasimi keçirilib.
Bu münasibətlə "Əs-Səfa" dini məktəbində "Hafizlər və dini elmlər" adı ilə bu bölgənin yeni hafizlərinin buraxılış mərasimi keçirilib.
Həmin tələbələrdən 57 nəfərə Qurani-Kərimi hifz etmək, İslam dini elmləri sahəsində təhsil almış digər 79 nəfərə isə buraxılış şəhadətnaməsi verilib.
Bu mərasim Quran hazırlığı kursunun rəhbəri Məhəmməd Siddiq Kayanın Qurani-Kərim tilavəti ilə başlayıb və məktəbin rəhbəri Məhəmməd Tayyib Elcinin çıxışı ilə davam edib.
Mərasimdə Diyar Bəkrin valisi Əli İhsan Su da iştirak edib və o, çıxışı zamanı təşkilatçılara təşəkkür edib.