IQNA

Əbdül-Vəhhab Xəninov üç fərqli xəttatlıq üslubunda üç Quran nüsxəsi yazıb

13:58 - May 25, 2022
Xəbər sayı: 3492287
Əbdül-Vəhhab Xəninov Əlcəzairin Sətif əyalətindən olan sənətkardır və indiyədək öz sənətkar barmaqları ilə üç fərqli xəttatlıq üslubunda üç Quran nüsxəsini ölkəsinin İslam ictimaiyyətinə və İslam dünyasına təqdim edib.

İQNA, xəbər verir ki, Əbdül-Vəhhab Xəninov bir neçə il ardıcıl olaraq bu Quranları nadir və bədii şəkildə üç fərqli xəttdə yazıb.

Bu əlcəzairli xəttat 67 yaşındadır və 50 ildən artıq ərəb xəttatlığı ilə məşğuldur və bu sənəti uşaqlıqdan öyrənib.

O, Quran nüsxəsini 1988-ci ildən 1996-cı ilin sonuna qədər 8 il müddətində yazıb.

İkinci Quranı məğrib xətti ilə xəttatlıq etməyə başlayıb. Bu mühüm iş 4 il çəkib və ikinci Quran əlcəzair üslubunda və əcdadlarının üslubunda yazılıb.

O, daha sonra Qurani-Kərimi "Nəsx" xətti ilə yazıb. Bu iş də 4 il çəkib. Bununla o, ümumilikdə 16 il üç müxtəlif xəttdə Quran nüsxəsini yazmağa sərf etmişdir.

Bu üç Quran nüsxəsi Əbdül-Vəhhabın ölkəsində və xaricdə müxtəlif sərgilərdə nümayiş etdirdiyi nadir nüsxələrdir.

Bu əlcəzairli xəttat deyir ki, mən bu Quranları şkafın içinə qoymaq üçün yazmamışam və ümid edirəm gün gələcək ki, onlar Əlcəzairdə və xaricdə çap edilib yayılacaq.

Əbdül-Vəhhab Xəninov üç fərqli xəttatlıq üslubunda üç Quran nüsxəsi yazıb

Əbdül-Vəhhab Xəninov üç fərqli xəttatlıq üslubunda üç Quran nüsxəsi yazıb

Əbdül-Vəhhab Xəninov üç fərqli xəttatlıq üslubunda üç Quran nüsxəsi yazıb

4059401

captcha