IQNA

Yeni İslam sivilizasiyasına ancaq İslam ümmətinin birliyi ilə nail olmaq olar

17:09 - May 26, 2022
Xəbər sayı: 3492295
İslam Mədəniyyəti və Rabitə Təşkilatının rəhbəri İslam İnqilabının ikinci addımının elan edilməsi istiqamətində hərəkatı vurğulamaqla yanaşı, yeni İslam sivilizasiyasının gerçəkləşməsini yalnız İslam birliyi ilə mümkün ola biləcəyini bildirib.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının İctimaiyyətlə Əlaqələr şöbəsinə istinadən xəbər verir ki,  Nepalın bir qrup sünni alimi İrana səfəri zamanı İslam Mədəniyyəti və Rabitə Təşkilatında iştirak edərkən bu təşkilatın rəhbəri Höccətül-islam vəl-müslimin Məhəmməd Mehdi İmanipurla görüşüb. Onlar İslam dinini hər zamankindən daha çox yaymaq və təbliğ etmək yollarını müzakirə ediblər.

Höccətül-İslam vəl-Müslimin İmanipur, sünni alimlərinin hüzurunda olmaqdan xoşbəxtliyini ifadə edərkən çıxışında sileyi-rəhimi İslamın təkidli tövsiyələrindən biri hesab edərək deyib: "Müsəlmanlar bir-biri ilə qardaşdırlar və biz sizi din qardaşımız hesab edirik".

O, yeni İslam sivilizasiyasının gerçəkləşməsini yalnız İslam birliyi ilə mümkün ola biləcəyini bildirib.

4059690

captcha