IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 9

İlk ilahi əzab Nuh peyğəmbərin (ə) zamanında baş verdi

11:37 - September 20, 2022
Xəbər sayı: 3492952
Bəşəriyyətin həyatında Allah tərəfindən günahkar bəndələrinə müxtəlif əzab və cəzalar nazil edilmişdir. Bunlardan birincisi, Həzrət Nuhun (ə) zamanında baş vermiş sel və tufandır. Bu zaman Allah Peyğəmbərinin xilaskar hidayətinə inanmayan insanlar həlak oldular.

Nuh (ə) Ulul-Əzm (5 xüsusi peyğəmbərdən) peyğəmbərlərin birincisidir. Rəvayətə görə, Nuh Adəmin (ə) nəslindən 9-cu övladıdır. O, Lamekin nəslindəndir. Lamek ibn Məttuşəlx ibn İdris ibn Yərd ibn Məhlayil ibn Qaynan ibn Anuş ibn Şeys ibn Adəmdir. Doğulduğu vaxtla bağlı ixtilaf var. Bəzi mənbələrdə onun doğumu Həzrət Adəmin (ə) vəfatı ilə eyni vaxtda qeyd edilir. Bəziləri isə onun doğulduğu yerin Beynun-nəhreyn və Kufə şəhəri olduğuna inanırlar. Nuh (ə) üçün bəhs edilən xüsusiyyətlərdən biri də Allahın nemətlərinə şükr etməsidir.

Nuh (ə) indiki bəşər nəslinin ikinci atasıdır. Ondan qabaq olan Adəm, Şeys və İdrisdən başqa, digər ilahi peyğəmbərlər ona yetişir.

Onun arvadının adı “Valiyə” idi. Kitablarda qeyd olunub ki, Nuhun (ə) Ham, Sam, Yafəs və Kənan adlı dörd oğlu var idi.

Nuh Adəm, Şeys və İdrisdən sonra dördüncü peyğəmbər hesab olunur. Adəm (ə) peyğəmbərdən sonra insanlar ümmət şəklində tövhid dininə inanıb və sadə həyat sürmüşlər. Lakin təkəbbür, zülm və zorakılıq insanlar arasında ixtilaflar yaradaraq onları hidayət yolundan uzaqlaşdırmışdır. Şirk və bütpərəstlik yayıldı. Allah Nuhu insanlara peyğəmbər olaraq göndərdi. Həzrət Nuh 950 il qövmünü tövhidə dəvət etdi. Həmçinin onları bütpərəstlikdən uzaqlaşdırmağa çalışdı. Lakin Nuha gəmi tikmək tapşırılana qədər bir neçə nəfərdən başqa kimsə ona inanmadı.

Nuhun dülgərlik etdiyi qeyd edilmişdir. Baxmayaraq ki, Nuhdan əvvəl dülgərlik var idi, lakin Allahın əmri ilə sudan uzaq bir yerdə gəmi tikilməsi ilk dəfə idi. Bu, Nuha inanmayan bir çox insanın onu ələ salmasına səbəb oldu. Ələ salanlar arasında onun oğlu Kənan da var idi.

Gəminin tikintisi başa çatdıqdan sonra Allahın əmri ilə Nuh ailəsini və iman gətirənləri gəmiyə mindirdi. Heyvanlardan da cüt-cüt gəmiyə gətirilib. Birdən böyük tufan qopdu. Sonra isə tufan oldu və yalnız Nuha və onun xilaskar gəmisinə inananlar sağ qaldı. Nuhun oğlu Kənan da bu tufanda öldü.

Nəhayət, ilahi cəza sona çatdı. Nuhun gəmisi Cudi dağında (indiki Türkiyənin cənub-şərqində) qərar tutdu. Nuh öz zamanında ilahi əzab nazil olan ilk peyğəmbərdir.

Nuhun tufandan sonrakı həyatına dair heç bir qeyd yoxdur. Ancaq bəzi insanlar Nuhun həyatını bu hadisədən sonra 70-dən 600 ilə kimi qeyd etmişlər. Ümumiyyətlə, Nuhun peyğəmbərlərin qocası kimi ömrü Tövrat da daxil olmaqla tarixi mənbələrdə 930 ildən 2500 ilə qədər olduğu yazılıb.

Onun vəfat tarixi və dəfn yeri də ixtilaflıdır. Lakin xəbər və tarixə əsasən Nuhun (ə) qəbri Nəcəfdə və İmam Əlinin (ə) qəbrinin yanında yerləşir. Lakin İraqda Mosul, Azərbaycanda Naxçıvan, Hindistanda Buzar dağı, Səudiyyə Ərəbistanında Məkkə, İraqda Kufə, Livanda Baalbek, Fələstində Qüds, İranda Həmədan kimi yerlər də Nuhun dəfn yeri kimi qeyd olunub.

captcha