IQNA

İmam Hüseynin (ə) ehsanında Allahın təzahürü

13:00 - September 20, 2022
Xəbər sayı: 3492953
İmam Hüseyn (ə) Allahın ehsanının təzahürüdür. İmam Hüseynin (ə) aşiqləri aləmlərin Rəbbinin təcəllisi olan İmam Hüseyn (ə) kimi olmaq istəyirlərsə, ehsan etməlidirlər.

Quran mütəxəssisi Höccətül-islam Seyyid Cavad Behiştinin “Ehsan; Allahın təcəlli və təzahürü” adlı söhbətindən İmam Hüseynin (ə) həyatından bugünkü insan həyatı üçün əməli dərslərə nəzər salmaq istəyirik:

İnsanlar bilməlidirlər ki, cəmiyyətimiz Hüseynçidir. İmam Hüseyn (ə) Allahın lütf və ehsanının təzahürüdür. İmam Hüseynin (ə) aşiqləri  aləmlərin Rəbbinin təcəllisi olan İmam Hüseyn (ə) kimi olmaq istəyirlərsə, ehsan etməlidirlər.

Dualara daxil gələn ifadələrdən biri də “Ya Qədimül-İhsan, Bihəqqil-Hüseyn ibarətidir". Ey xeyirxahlığı əbədi olan, Səni and verirəm İmam Hüseynin (ə) haqqına...”. Duanın bu hissəsi Allahı Əbədi Kərəm sifəti ilə xatırlayır və Onu İmam Hüseynin (ə) haqqına and verir. Bu ifadələr insanları yoxsullara diqqət etməyə yönəldir. Hər bir insan İmam Hüseynə (ə) bənzəmək üçün hər bir miqdar və formada fikri, nəsihət, maddi və dua yardımı etməlidir. Ərbəin ziyarətində oxuyuruq ki, İmam Hüseyn (ə) xalqların oyanması üçün öz qanını verdi.

Biz İmam Hüseynlə (ə) bənzərlik tapmalıyıq. O qədər ki, xeyirxahlıq və ehsan etmə ruhiyyəsini bacardığımız qədər Allahın xalqının haqqında tam şəkildə həyata keçirə bilək. Kasıbın əlindən tutaq, problemi olanın problemini həll edək, kiməsə borc verək, ayrılacaq ər-arvad arasında barışıq yaradaq. Bunlar İmam Hüseynə (ə) bənzəmək üçün görəcəyimiz işlərdir.

Ehsan etmək Allahın təcəllisidir. İmam Hüseyn (ə) insanları çox sevirdi. Biz də İmam Hüseyn (ə) kimi olaq.

4085486

captcha