IQNA

Quran ayələrinə əsasən insanın əsas xüsusiyyəti

19:10 - September 21, 2022
Xəbər sayı: 3492960
İnsanların bir çox xüsusiyyətləri vardır. Hər biri insanı digər canlılardan fərqləndirən xüsusiyyətlərdir. Ən mühüm fərqlər insan təfəkkürü və öyrənməsidir ki, bunlara xüsusi diqqət yetirilir.

Mübarək "Ər-Rəhman" surəsində buyurulur: “Rəhman! (Mərhəmətli olan Allah(!. (Öz peyğəmbərinə) Quranı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi"  (Ər-Rəhman, 1-4).

Bir çox təfsirçilər belə hesab edir ki, “Ər-Rəhman” ayəsi nazil olandan sonra, əvvəlcə “Xələqəl-İnsan”, ardınca “Əlləməl-Quran” ayəsi gəlməli idi. Bir halda ki, belə gəlməyib. Onlar bu ayədən bəhs edərkən deyirlər ki, əvvəldə “Əlləməl-Quran”ın zikr edilməməsinin səbəbi, insanı şəxsiyyətə çevirən və onun insanlığını dərk edən şey Quranın onun həyatında varlığı və rolu olmasıdır.

Məntiq və digər elmlərdə bəzilərinin insana verdiyi tərif budur ki, insan düşünən bir heyvandır. Lakin biz Mübarək "Ər-Rəhman" surəsinə müraciət etdikdə və insanın tərifini vermək istəyəndə görürük ki, bu surəyə əsasən insan o zaman insan olur ki, “Əlləməl-Quran”, onun daxilində “Quran öyrənmək” formalaşır. Yəni insana tərif vermək istəyiriksə, onun Quran təfəkkürlü bir heyvan olduğunu söyləməliyik. Əgər insan Quranla üns tutarsa, Quranla təmasda olarsa və Quranı öz varlığında çiçəkləndirərsə, dediyi hər bir söz aydın ifadəyə çevrilir. Həm də qeyri-müəyyənlikdən çıxır.

İnsan Quranla təchiz olunarsa, onun özü və kainat anlayışı dəyişəcək. O, danışanda heyvanlardan fərqli olaraq onun danışığı aydın və anlaşılan olacaq. Quran aydın nitqi “bəyan” kəlməsi ilə qeyd edir ki, bu da insanın aydın və bəyan edən olması deməkdir.

İnsan Qurana müraciət etdikdə daxili ehtiyaclarının müxtəlif sahələrini tanıyır. Əsasən, insanlar öz ehtiyaclarını iki yolla tanıya bilər: İnsan özü haqqında tapdığı biliklərə və ya cəmiyyətin və mühitin ona təlqin etdiyinə əsaslanır. İkinci və ən yaxşı yol, insanın öz batini kitabına və varlıq kitabına, yəni Qurana müraciət etməsidir: "Biz sənə bir kitab nazil etdik ki, sənin zikrin oradadır” (Ənbiya, 10). Quran elə bir kitabdır ki, içində biz insanların adı çəkilir. Quran vasitəsilə insan ehtiyac duyduğu şeyləri bilməyə çalışır. Qurana əsasən, insanı və onun ehtiyaclarını müəyyən edir və sonrakı mərhələdə bu ehtiyacları aradan qaldırır.

captcha