IQNA

Misrin beynəlxalq Quran yarışlarının yekun mərasimi

23:07 - June 09, 2018
Xəbər sayı: 3483300
Misrin 25-ci beynəlxalq Quran yarışlarının yekun mərasimi və qaliblərin mükafatlandırılması ayini mübarək Ramazan ayının 27-də axşam saatlarında paytaxt Qahirədə keçiriləcəkdir.

Misrin beynəlxalq Quran yarışlarının yekun mərasimiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin 25-ci beynəlxalq Quran yarışlarının yekun mərasimi və qaliblərin mükafatlandırılması ayini mübarək Ramazan ayının 27-də axşam saatlarında paytaxt Qahirədə keçiriləcəkdir.

Gələn həftənin birinci günü, 11 İyun 2018-ci il (27 Ramazan), keçiriləcək bu mərasimdə Misrin prezidenti Əbdülfəttah Sisi də iştirak edəcəkdir.

Beynəlxalq yarışların yekun mərasiminin haşiyəsində Misrin görmə qüsuru olanlar üçün milli Quran yarışlarının qalibləri də mükafatlandırılacaqdır.

Qeyd edək ki, Qurani-Kərimin hifzi, tilavəti və yeddilik qiraəti üzrə keçirilən Misrin 25-ci beynəlxalq Quran yarışlarında dünyanın 50 ölkəsindən 66 nəfər iştirak edirdi.

Bu yarışlarda Qurani-Kərimin qiraəti üzrə birinci və ikinci yeri misrli qarilər İsmayıl Fuad və Məhmud Səid Zeyfullah və üçüncü yeri isə Küveytdən Ömər Yusif Cəzza Fəhəd Şəlan tutublar.

Qurani-Kərim hifzi və təfsiri üzrə isə birinci yeri Əbulqasim Xeyruddin (Əlcəzayir), ikinci yeri Həsən Mustafa Bəşir (Nigeriya), üçüncü yeri Cihad Yunis Əhməd Zümrə (İordaniya) və dördüncü yeri isə Bəhreyndən Əbdürrəhman Abdullah Həsən qazanıblar.

Qurani-Kərimin hifzi və təcvidi üzrə qeyri-ərəblər arasında birinci yeri Bandqaldeşdən Məhəmməd Mücahid İslam, ikinci yeri Kenyadan Heysəm Səqər Əhməd və üçüncü yeri Tacikistandan Məhəmməd Məhəmmədi əldə ediblər.

http://iqna.ir/fa/news/3721133  

captcha