IQNA

Moskvada uşaqlar üçün mövlud şənliyi təşkil olunub - FOTO

11:01 - November 25, 2018
Xəbər sayı: 3484230
Həzrət Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud günləri münasibətilə  Rusiyada yaşayan Azərbaycanlılar müxtəlif bayram tədbirləri təşkil ediblər.

Moskvada uşaqlar üçün mövlud şənliyi təşkil olunub - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud günləri münasibətilə  Rusiyada yaşayan Azərbaycanlılar müxtəlif bayram tədbirləri təşkil ediblər.

"Maidə" maarifləndirici informasiya portalının bu barədə verdiyi məlumata əsasən, tədbirlər arasında xüsusilə azyaşlılar üçün keçirilən mövlud mərasimi diqqət çəkib.

Tədbirdə uşaqların anlayacağı dildə İslam Peyğəmbəri (s) və İmam Sadiq (ə)  haqqında məlumat verilib və ilahilər səsləndirilib. Həmçinin uşaqlar arasında viktorina təşkil olunub.

Müxtəlif suallara cavab verən uşaqlar tədbir təşkilatçıları tərəfindən mükafatlandırılıb.

Teqlər: iqna ، İmam sadiq ، məhəmməd ، Mustafa ، mövlud ، milad
captcha