IQNA

Konyada İslam İqtisadiyyatı mövzusunda konfrans keçirilir

11:40 - May 23, 2021
Xəbər sayı: 3489888
Türkiyənin Konya (Quniyə) şəhəri yaxın günlərdə İslami İqtisadiyyat və Finanslaşdırma (Muslim economics and finance) mövzusunda konfransa evsahibliyi edir.

Türkiyənin Konya (Quniyə) şəhəri yaxın günlərdə İslami İqtisadiyyat və Finanslaşdırma (Muslim economics and finance) mövzusunda konfransa evsahibliyi edir.

Konya Ticarət Palatası və Karatay Universiteti tərəfindən ilk dəfə təşkil edilən "Birinci Karatay Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyəsi Konfransı (KARCIEF)" ötən gün, həftənin Şənbə günü, 22 May 2021-ci il, öz işinə başlayıb və bu gün də davam edəcək.

Bu konfransda İslami finanslaşdırma və maliyyə, İslami sərmayə bazarları, maliyyə texnologiyası və orta ticarət şirkətləri kimi mövzular müzakirə edilir.

Konfransın açılış mərasimində Türkiyə prezidentinin maliyyə işləri üzrə ofisinin rəisi Tarıq Akın çıxış edib.

Bundan əlavə konfransda İstanbul Ticarət Palatasının sədri Sekip Avdagiç və Türkiyə Ticarət Palataları və Ticarət Birjası Başçısı Rüfət Hisarçılıoğlu da iştirak edirlər.  

Əyani və virtual keçirilən bu konfransda BƏƏ və İndoneziyadan qonaqlar iştirak edirlər. / iqna

captcha