IQNA

Qüdsdəki fələstinlilər yoxsulluq şəraitində yaşayırlar

5:47 - June 09, 2021
Xəbər sayı: 3490014
Qüdsdəki fələstinlilərin azı 78 faizi və ya təxminən 350 min nəfər yoxsulluq şəraitində yaşayır. Bu barədə İslam Əməkdaşlığı Təşkilatından (İƏT) məlumat verilib.

Qüdsdəki fələstinlilərin azı 78 faizi və ya təxminən 350 min nəfər yoxsulluq şəraitində yaşayır.

Bu barədə İslam Əməkdaşlığı Təşkilatından (İƏT) məlumat verilib.

“Qüds sakinləri işədüzəlmə perspektivlərinin yoxluğundan, başlı-başına buraxılan və zəif təhsil sistemindən, iqtisadi və maddi-texniki infrastruktur çatışmazlığından əziyyət çəkirlər”, – deyə qeyd edilib.

Bildirilir ki, “Qüds şəhərinin ərəb xəstəxanalarının üzləşdiyi boğucu maliyyə böhranı” göstəriciləri 2020-ci ildə pandemiya səbəbi ilə daha da pisləşib. /Azərtac

captcha