İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Əfqanıstandakı münaqişə tərəflərini ölkədə sülhün bərqərar edilməsi naminə hərtərəfli dialoqa çağırıb.
Bu barədə İƏT-in Ciddə şəhərində Əfqanıstanla bağlı keçirilmiş təcili iclasının yekununa dair bəyanatda deyilir.
Həmçinin “təşkilatın Əfqanıstandakı sülh, sabitlik və milli barışığı dəstələdiyinə” dair mesajın göndərilməsi üçün İƏT-in Baş katibliyinin yüksək səviyyəli nümayəndə heyətinin Əfqanıstana göndərilməsi də təklif edilib.
İƏT Əfqanıstanın yeni administrasiyası və beynəlxalq ictimaiyyəti ölkənin yenidən terrorçuların sığınacağına çevrilməməsi istiqamətində səyləri birləşdirməyə səsləyib. /Şəfəqna